Allah-Təala hər bir insanın qəlbində faydalı və gözəl şeylərə qarşı bir sevgi yaratmışdır. İnsanlar bu sevgini fərqli yerlərə yönləndirə bilirlər. Ancaq hər bir mömin bu sevginin, bəlkə də, ən çox və ən əhəmiyyətli hissəsini Allah və Rəsuluna ayırmalıdır. Allaha sevgidən sonra Rəsulunu da sevmək vacibdir. Çünki O, əxlaqın və dinin yaşanmasında möminlərə ən gözəl nümunədir.
Ey hər zaman tərtəmiz ruhları lütf və ehsanlarıyla sevindirən, təqva yamaclarında yaşayan könül ərlərinin əndişələrini aradan qaldıran və bəndələrinin ehtiyaclarını ən münasib şəkildə yerinə yetirən Sultanlar Sultanı!
nasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır. Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir.
İnsan üçün zaman içərisində ömrünü yaşadığı saniyələri, dəqiqələri, saatları, günləri, həftələri, ayları və illəri ifadə edən məfhumdur. Zaman insanın sahib olduğu və xərclədiyində geri qaytara bilmədiyi Uca Allah tərəfindən ona əmanət edilən ən dəyərli nemətdir. Zaman haqqında maraqlı hekayə…
Doğruluq söz, düşüncə və davranışda əksini tapır. Düzlük və dürüstlük həm doğru danışmaq, həm doğru düşünmək, həm də davranış və əməllərdə bunu əks etdirməkdir. İnsan hər işdə düz danışmalı, öz ziyanına və ya yaxınları əleyhinə olsa belə, doğru sözü söyləməyi bacarmalıdır. Dürüstlükdən hasil olan etimad hissi qarşılıqlı münasibətlərin qüvvətlənməsində, həmrəylik hissinin güclənməsində mühüm rol oynayır.
Sual: İki namazı birləşdirərək bir vaxtda qılmaq (cəmus-səlateyn) caizdir? Cavab: Hər namazı öz vaxtında qılmaq fərzdir. Çünki vaxt, namazın şərtlərindəndir. Hz. Peyğəmbərin dövründə vida həcci xaricində səfərdə olarkən, xəstəlik, şiddətli yağış və sairə kimi çətinliklərlə üzləşəndə günorta ilə ikindi və axşamla yatsı namazları birləşdirilərək qılınmışdır.
Əvvabin kəlməsi “günahlardan bağışlanmaq üçün tövbə edən, Allahı çox zikr edən, bütün işlərində Allaha itaət (təvəkkül) edən, heç kəsin olmadığı yerdə gizlicə tövbə edən, çox mərhəmətli olan və çox namaz qılan” mənalarındadır. Əvvabin namazı tövbə edən və Allaha sığınanların namazı deməkdir. Qurani-Kərim əvvabin namazından belə bəhs edir:
Cavab: Hər şeydən əvvəl onu deyək ki, uşaqlar ətraf mühiti daha çox öz “səyləri” ilə anlamağa çalışırlar. Bu baxımdan uşaqlar üçün bilavasitə gördüklərini anlamaq daha asan olur. Ancaq hadisələrin arxasında duran bəzi səbəbləri və ya görə bilmədikləri, ancaq eşitdikləri bəzi mücərrəd məfhumları anlamaqda çətinlik çəkirlər. Bunun üçün də bir böyüyün yardımına ehtiyac hiss edirlər. Yəni, onların sual vermələrinin səbəbi əslində içində yaşadıqları dünyanı tanımaq cəhdləridir.
Namazı vaxtında qılmaq əda, vaxtından sonra qılmaq isə qəza sayılır. Çalışmaq lazımdır ki, namazlar qəzaya qalmasın, hər biri öz vaxtında qılınsın. Gündəlik beş vaxt namaz qəza edildiyi halda, cümə, bayram və sünnə namazları qəza edilmir. Namazın mükəlləf üzərinə vacib və məqbul olması üçün namaz vaxtlarını bilmək şərtdir. Namaz vaxtları Kitab və Sünnə ilə müəyyənləşdirilmişdir.
“Səlat” kəlməsi Qurani-Kərimdə dua və namaz mənasında 78 ayədə tək formada və 5 ayədə isə ismin cəm formasıda “sələvat” kəlməsi ilə qeyd olunur. 3 ayədə namaz qılanlar (musallin) şəklində işlədilir. Bundan başqa 14 ayədə cəm formasında “namaz qılın”, 4 ayədə tək əmr şəklində “namaz qıl” buyurulur və 24-ə yaxın ayədə keçmiş zamanda “namaz qılanlar”dan bəhs olunur.
Fərzlərin ən əhəmiyyətlisi namazdır. İnsan qiyamət günü imandan sonra namazdan sorğuya çəkiləcək. Namaz ibadəti qəlbin nuru, qəlbin sevinci, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz kəlməsinin “dua etmək”, “tərifləmək”, “təzim etmək”, “xeyir-dua etmək” kimi mənaları var. Termin olaraq isə namaz, təkbirlə başlayıb salamla tamamlanan xüsusi hərəkət və sözlərdən ibarət ibadətdir.
Uşaqlar vaxtlarının çox hissəsini komyuter qarşısında keçirməyi, xüsusilə də kompyuter oyunları oynamağı çox sevirlər. Ancaq ilk vaxtlar “günahsızcasına” başlayan bu oyunlar bəzən düzgün istifadə olunmadığı təqdirdə (təbii ki, bura oyunların düzgün seçilməməsini də əlavə etmək olar) uşaqlarımızı zorakılığa sürükləyir. Bu isə, nəticədə, uşağın zorakılığı adi bir hal kimi qəbul etməsinə gətirib çıxarır.
Yalan danışan insan özünü ələ verər, yəni insan dili ilə yalan danışa bilər, bədəni ilə əsla. Bütün vücudunu, üz cizgilərini, əl-qol hərəkətlərini yalanın əmrinə verə bilməz. Ən gözəl şəkildə yaradılan insan fitrəti buna imkan verməz. Bu səbəbdən də yalan danışan bir insanın hərəkət və davranışları onu ələ verir. Yalan danışarkən davranışlarda müşahidə edilən ziddiyyətlər bir çox araşdırmanın mövzusu olmuşdur. Bu araşdırmalardan çıxan nəticələr belədir:
Təyəmmüm su tapılmadığı və ya olsa da istifadə etmək imkanı olmadığı hallarda dəstəmaz, ya da qüsl niyyəti ilə torpaq yaxud torpaq cinsindən bir maddəyə əlləri sürtməklə üzü və iki qolu məsh etməkdən ibarət hökmi təmizlikdir. Təyəmmüm aşağıdakı hallarda pozulur:
Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar.
Bir ana yanıma gələrək “Oğlum tez-tez yalan danışır. Yaşamadığı hadisələrlə qarşılaşdığını deyir. Ailəliklə övladımıza yalan danışdığımızı xatırlamıram. Bu vəziyyət məni çox narahat edir. Dəfələrlə yalanın yaxşı əməl olmadığını dediyim halda, onu bu yoldan döndərə bilmirəm. Sizə müraciət etməkdən başqa çarəm qalmadı” − dedi.
Günlərin bir günü dörd kəpənək alovları səmaya yüksələn bir od gördülər. Bu odun nə olduğnu öyrənmək istəyən kəpənəklər bir-bir ona yaxınlaşaraq fikirlərini bölüşmək qərarına gəldilər. Birinci kəpənək oda yaxınlaşdı və üzərinə işıq düşdüyünü gördü. Dostlarının yanına qayıdıb: “Bu od işıqlı bir şeydir”, – dedi. İkinci kəpənək bununla qane olmadı. Daha çox şey öyrənmək üçün oda bir az da yaxınlaşdı.
İstər ilahi duyğularla, istərsə də dünyəvi məsələyə görə ağlamaq dəstəmazı pozmur, çünki mücərrəd ağlamağın dəstəmazı pozduğuna dair heç bir hökm yoxdur. Namaz qılarkən ağlamaq fərqlidir.İnsan namaz qılarkən Allahı anaraq, dini hislər keçirərək ağlayarsa, bu, nə namazı, nə də dəstəmazı pozur. Əslində, bu, müsbət haldır. Səhabədən Abdullah ibn əş-Şixxirin (r.a.) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s.) namaz […]
Kişi bərabər olmaq üçün xanımını yatağa çağırdıqda, əgər bir üzrlü səbəb yoxdursa qadın bu dəvətə dərhal əməl etməlidir. Ərinin günaha girməməsi və halal yoldan ehtiyacını təmin etməsi üçün bu şərtdir.
Dua etmək ehtiyacı insanda yaradılışdan vardır. Bu səbəbdəndir ki, dua bütün dinlərdə mövcuddur. Üstün bir varlığa inanan hər bir insan bu və ya başqa şəkildə dua edir. İnsanlar ömür karvanında bir çox müşküllərlə qarşılaşır, kədər, çətinlik, acizlik, çarəsizlik və ümidsizliyə düçar olurlar. Dua insanda psixoloji bir rahatlıq, hüzur və xoşbəxtlik meydana gətirir.