Allahım! Sən bağışlayansan, bağışlamağı sevənsən, məni bağışla
“Uşaqların yanında mübahisə edin, ancaq uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə, ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.
Allah-Təala dünya nemətlərini verir və onlardan necə istifadə etməyimizə, işlədiyimiz əməllərə baxır. Hər kəs Allahın verdiyi və ya vermədiyi şeylərlə imtahan olunur. Zəngin əlində olan nemətlərlə, yoxsul da yoxluqla imtahana çəkilir. Kimisi sağlamlıq və gözəlliklə, kimisi də xəstəliklə imtahan olunur.
Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.
Evlilik çoxtərəfli münasibətlər yumağıdır. Bu yumağın, kələfin ucunu tapmaq hər kəsə nəsib olmur. Amma bir həqiqət var ki, kələfin ucu nə qədər tez tapılsa, ailə də səadətə bir o qədər tez qovuşar. Ancaq bu yumağı açmaq üçün öncə Allahın köməyi, sonra isə Hz. Muhammədin (s.ə.s) zəkası, Hz. İsanın (ə.s) dözümü, Hz. Musanın (ə.s) iradəsi, Hz. Nuhun (ə.s) uzaqgörənliyi, Hz. Əyyubun (ə.s) səbri, Hz. Lutun (ə.s) mətanəti gərək.
Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.
Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.
Nəbilər Sərvəri (s.ə.s): “Sənə faydalı olan şeyin arxasınca get və onu əldə etmək üçün Allahdan kömək dilə. Əsla acizlik etmə. Başına bir iş gələndə də: “Kaş belə edəydim, belə olardı,” – demə. Yalnız: “Bu, Allahın təqdiridir, O dilədiyini edər,” – de. Çünki “kaş” deyib heyifsilənmək şeytana qapı açar, söyləyəni zərərə salar”.
Beş vaxt namaza və ya cümə namazına bağlı olaraq qılınan namazların bir qismi müəkkəd sünnədir. “Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər kim gün ərzində fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah ona cənnətdə bir ev inşa edər. Bu namazlar bunlardır: sübh namazından öncə iki rükət, günortadan qabaq dörd rükət, günortadan sonra iki rükət, axşamdan sonra iki rükət və yatsıdan sonra iki rükət”.
Sual: “Haram aylar (onlara möhlət verilmiş zilhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Tövbə surəsi 9/5) ayəsini necə anlamalıyıq?
Nənə və babalar da tərbiyə məsələsində bir az ata-ananın düşüncəsinə uyğun hərəkət etməyə çalışmalıdırlar. Nə qədər yaxşı niyyətli olsalar da, nəticə olaraq övladlarının tərbiyə metoduna hörmətlə yanaşmalı və nəvələrinin tərbiyəsinə müdaxilə etməməlidirlər. Bəlkə də, müdaxilə etmələrinin səbəbi nəvə sevgisidir. Amma nəvələrin gələcəyi naminə buna dözməlidirlər.
Məscidlər ibadət yerləri olduğuna görə oralara girib-çıxarkən və ibadət edərkən mütləq bir sıra qaydalara riayət etmək lazımdır. Qurani-Kərimdə Rəbbimiz buyurur; “Ey Adəm oğulları (hər dəfə) məscidlərə getdiyiniz vaxt qəşəng və gözəl paltarlarınızı geyinin.” Ümumiyyətlə müsəlman hər zaman təmiz olmalı və xüsusən də məscidlərə gedərkən bu məsələyə daha çox diqqət etməlidir. Maddi təmizlik ilə yanaşı mənəvi təmizliyə də diqqət olunmalıdır.
Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir. Allah Rəsulu peyğəmbərlik kimi uca bir məqamla şərəfləndirilməsinə baxmayaraq, əshabının fikirlərini öyrənməyə laqeyd yanaşmamış və demək olar, bütün əhəmiyyətli işləri onlarla məsləhətləşmişdir.
Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.
Uşaqların verdiyi sualları çox vaxt mənasız qəbul edirik. Sual verəndə də çox vaxt ya onları susdurur, ya da gülürük. Bununla da onlara ikiqat zərər veririk. Onlar da eyni şeyi təkrarlayacaq, kimisə verdiyi suala görə ittiham edəcək və bir daha heç kimə sual verməyəcək.
Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.
Sual: Övladlarıma qarşı həddindən artıq düşkünəm. Bəzən vəfat edəcəyimi övladlarımın da yetim qalacağı qorxusuna qapılıram. Mən nə etməliyəm?
Rəsulullah (s.ə.s) ömrü boyunca ciddi olsa da, hər kəs kimi bəzən zarafat etmişdir. Zarafatlarında belə doğrunu deyər, insanları utandıran və incidən ifadə və davranışlardan uzaq olar, qəlbə dəyəsi ağır zarafatlar etməzdi. Daha çox uşaqlarına, zövcələrinə, heç kimin iltifat göstərmədiyi yoxsul insanlara, qayğı gözləyən adamlara zarafat edərdi.
Ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.
Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.