Cin, ruh və mələk qanununu ağlı, şüuru, idrakı olmaqla yanaşı, həmçinin izafi və nisbi olmayan həqiqi varlığa sahibdirlər. Bu səbəblə İslam alimlərindən biri Quranın: “De: “Ruh Rəbbimin əmrindədir” (“İsra”, 17/85) ayəsini bu şəkildə izah edir: Ruh canlı, şüurlu, nurani, xarici vücudu (maddi varlığı, qılıfı) olan qanundur. Əgər əşyadakı qanunlara hər şeyi xəlq edən Rəbbimiz xarici vücud (qılıf) geyindirsə, hamısı ruh olar. Əgər ruh bədən libasını və başındakı şüuru çıxarsa, yenə ölməz qanun formasına düşər.
Uca Allahın adlarından biri də Hakimdir. Hakim hikmətlə yaradan, hikmətlə iş görən deməkdir. Bu ad, yaradılan hər şeyin bir hikmətlə yaradıldığını, israf edilməməsini tələb edir. Bundan hərəkətlə heyvanların da yox olub getməyəcəyi, müxtəlif şəkillərdə həyatlarını davam etdirəcəyi qənaətinə gələ bilərik.
Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?
Həmişə eynəkdən istifadə etməli olan şəxsin səcdəyə gedərkən səcdə üzvləri səcdə yerinə tam toxunursa eynəkdən istifadə edə bilər. Əks təqdirdə (yəni, eynək səcdə üzvlərinin yerə təmasına mane olarsa) eynəyi çıxarmaq lazımdır.
“Sizdən biriniz öz qızılını odda əridərək təmizləyib saflaşdırdığı kimi, bəndələrini ən yaxşı tanıyan Allah da sizi müsibətlərlə imtahan edər.”
Deyirlər ki, “dua bir übudiyyətdir. Dünyəvi istəklər duada əsas məqsəd halına gəlməməlidir. Xəstəlik və ya hər hansısa bir müsibətin baş verməsi duanın vaxtının gəlib-çatdığına işarədir”. Lakin 4444 dəfə səlatı-təfriciyə duası və ya 19 dəfə Fətih surəsi və bənzərləri bəla baş verdikdən sonra, bəlanın uzaqlaşması üçün oxunur. Belə hallarda necə niyyət edilməlidir?
Vəfat etmiş bir müsəlmanın cənazə namazının qılınması bütün müsəlmanlar üzərinə fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz, Rəsulullah (s.ə.s) üçün salavat, vəfat edən insan üçün isə dua mahiyyətindədir. Vəfat edən insana dua məqsədilə cənazə namazı qılına bilər. Cənazə namazının camaatla qılınma şərti yoxdur. Bir kişi və ya bir qadın vəfat edənin cənazə namazını qılarsa cənazə namazı qılınmış sayılır.
Ramazan Quran ayı olduğuna görə, biz də bu ayda Quranla daha çox məşğul olmağa çalışmalıyıq. Bu qəbildən Quran xətm edilə, məal və təfsirlər oxuna bilər. Quranın ərəbcə mətnini üzündən zəif oxuyanlar və ya heç oxuya bilməyənlər audio vasitələrdən, mobil telefonlardan istifadə edərək Quran dinləyə, oxunulan yeri izləyə bilərlər. Quranı oxumaqla yanaşı, dinləmək də savabdır.
Sual: 2007-ci ildə bir yol qəzası keçirdim və həbsxanaya düşdüm. “Əgər həbsxanadan çıxsam qurban kəsəcəm” − deyə əhd etdim. Lakin qəza keçirdiyim zaman borcum çox idi və buna görə də əhd elədiyim qurbanı kəsə bilmədim. Həmişə özümü bir yükün altında hiss edirəm. Əhdin gec yerinə yetirilməsinin hər hansı qorxusu varmı?
Sual: Nəzir qurbanında vacib qurbanda olduğu kimi qoyun və keçi cinsindən olan heyvanın bir yaşında olması şərtdir?
Sual: Bilərək etmədiyi bir şeyi etdim deyə and içən şəxs nə etməlidir?
Sual: Mən “bir qohumumla heç vaxt danışmayacağam, danışaramsa, bir il oruc tutacağam” deyə and içdim. Ancaq vəziyyət elə gətirdi ki, mən onunla danışmalı oldum. Hal-hazırda oruc tutmağa başlamışam. Oruc tutmağa davam etməkdən başqa çıxış yolu varmı?
25 yaşım var. İbadətlərimdə nöqsanlar olsa da dualarıma diqqət edirəm. Lakin fikir verirəm ki, dua etdikcə işlərim düz gətirmir. Bilmirəm, duamda səmimi deyiləm, yoxsa bununla imtahan olunuram? Buna görə çox pis oluram. Hal-hazırda biri qızla evlənmək istəyirəm. İstixarəyə yatdım, yaxşı yuxu gördüm. Lakin valideynlərim razı olmadığına görə onunla evlənə bilmirəm. Uşaqlığımdan etibarən valideynlərimlə sözüm düz gəlmir. Hamıya kömək etməyə çalışıram. Lakin özümə heç bir faydam toxunmur. Bu vəziyyətdən qurtulmaq üçün nə edə və ya hansı duanı oxuya bilərəm?
Sual: Qızlar neçə yaşından namaz qılmalıdır?
Gündəlik həyatda insanlar müxtəlif problemlərlə qarşılaşırlar. Haqlı-haqsız və ya həmin məsələdə səmimi olub-olmadıqlarını göstərmək üçün bəzən and içməyə meyl edirlər. And içmək haqqında bəhs olunan mövzunun əhəmiyyətli olmasına işarə olmaqla yanaşı həm də söz verməkdir. Həmin verilən və ya deyilən sözün arxasında mütləq durmaq lazımdır. And içərkən adını çəkdiyimiz varlığı ucaltdığımız üçün, Allahdan başqasının adına […]
Vəfat edən şəxs kişidirsə onun meyidini kişi, qadındırsa qadın yumalıdır. Həmçinin qadın vəfat edən ərinin cəsədini yuya bilər. Necə ki, həzrət Əbu Bəkri (r.a) vəsiyyətinə uyğun olaraq həyat yoldaşı Əsma binti Ümeys (r.anha) yumuşdur.
Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, – buyurmuşdu.
“İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.”
Münafiq “imanla küfr arasında qalan, qərarsız, şübhə içində olan, imandan çox küfrə yaxın olan və ya küfrünü gizlədərək özünü mömin göstərən, dinin bir qapısından girib digərindən çıxan ikiüzlü insan” deməkdir.
“Çox danışanın çox xətası, çox xətası olanın da çox günahı olar. Günahları çox olanın isə tövbə və istiğfarları onları təmizləmədiyi müddətcə onun yeri cəhənnəmdir. O zaman kim Allaha və axirət gününə inanırsa ya xeyir danışsın ya da ki, sussun!…”