“Ağıllı insan, daim öz nəfsini qınayan və ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə, öz nəfsinin arzu-istəklərinə boyun əyib onun ardınca gedən və buna baxmayaraq Allah Təalanın onu bağışlayacağına ümid bəsləyəndir.”
Həddi aşmaq və ifrata yol vermək mənasını verən israf lüzumsuz istehlak və necə gəldi xərcləmək deməkdir. Qurani-Kərim israf xəstəliyi ilə əlaqədar möminlərə xəbərdarlıq edir: “Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz”
“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”
“Mütəşabeh” lüğətdə iki şeyin bir-birinə bənzəməsi mənasına gələn “təşabüh” məsdərindən törəmiş ismi-faildir. Məfhum olaraq da “nəyin qəsd olunduğu bilinməyən, izaha, təvilə ehtiyacı olan ayələr” deyə tərif edə bilərik.
Əgər oxuduqlarımızı özümüz pıçıltı şəklində eşitmiriksə, deməli oxumuruq, sadəcə olaraq “ürəyimizdən” və ya zehnimizdən keçiririk. Səssiz oxumağın ən az səviyyəsi bütün hərfləri dil və dodaqlarımızı tərpədərək tələffüz etməkdir. Ola bilsin ki, bu təqdirdə heç bir səs çıxmasın və ya eşidilməsin. Ancaq kənardan baxan nə isə oxuduğumuzu analayır. Yoxsa ürəkdən keçirmək oxumaq sayılmır.
Rəsuli-Əkrəmin (s.ə.s) bizə tövsiyəsi acmadıqca yeməmək, yemək yeyəndə isə mədəni doldurmadan süfrədən qalxmaqdır. Bir müsəlman yaşamaq üçün yeməlidir, yemək-içməyi həyatının amalına çevirməməlidir.
İçməzdən əvvəl “bismillah” demək, Sağ əllə içmək, İçəcəkləri üfürməmək, Üç qurtuma və aramla içmək, Ağzı sınıq qab və tuluqlardan su içməmək, Ayaq üstə su içməmək, Allah Rəsulu hansı hallarda ayaq üstə su içmişdir? Bu və bənzəri mövzular…
Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə yetirən hər möminin qəlbi hüzurla dolur. Bunu bir çox psixoloq və psixiatr da vurğulayır. Hər ibadətin özünəxas faydaları vardır. Namazın ən böyük meyvəsi isə bəndənin Allaha yönəlməsi, Allahın da bu yönəlişə yönəlişlə cavab verməsidir.
Həzrət Əlinin (radiyallahu anh) rəvayət etdiyi bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Yol verilən həddə ərini qısqanan qadın Allah yolunda cihad etmiş kimidir. Ona bir şəhid mükafatı vardır”,– buyurmuşdu.
Ərlə arvadın bir-birinin qeybətini etməsi caizdmi? Ailədə ərlə arvad arasında vaxtaşırı müəyyən problemlər olur. Bu problemlərini, necə dəyərlər, üz-üzə oturub həll etmək yerinə, orda-burda üçüncü şəxslərə (hətta valideynlərinə belə) danışmaları və bu zaman bir-birini tənqid etmələri, xəta və qüsurlarını açıb-ağartmaları qeybətdir, dolayısilə də, caiz deyil.
Əsl “Quran müsəlmanlığı”[1], Həzrəti Peyğəmbərin Quran ayələri ilə yanaşı Öz ifadə və bəyanlarıyla təbliğ etdiyi və səhabələrin də Rəsulullahdan (s. ə. s) öyrənib tətbiq etdikləri müsəlmanlıqdır. Qurani-Kərim İslam ümməti içində ortaya çıxacaq bəzi inhiraflara işarə edərək bu barədə müsəlmanları xəbərdar etmişdir. Bunlardan biri də Qurani-Kərimi şərh edərkən Peyğəmbər […]
Novruz farsca kəlmədir. Mənası “yeni gün” deməkdir. Ərəbcələşmiş şəkli “Neyruz”dur. Novruz bayramı, farsların ən böyük bayramlarından sayılır. Bu günü bayram olaraq ilk dəfə qeyd edən şəxs, fars kralları Cəmşid olmuşdur.
İranda İslamdan əvvəl Novruz həm milli, həm də dini bayram kimi qeyd olunurdu. Orta əsrlərdən başlayaraq müxtəlif türk boyları tərəfindən Novruz qeyd edilmişdir. Sultan Məlikşahın hazırlatdığı Cəlali təqviminin başlanğıcı martın 21-nə düşür.
İtaəti Həzrət Adəmdən (ə.) öyrənmək lazımdır. O, bir balaca büdrəyən kimi onu yıxılmaqdan qoruyan Rəbbinə üz tutub belə deyir: “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz ikimiz də özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”
Əkinçilik sahəsində yeniliklər ediləcək. Bu islahaltlar nəticəsində iyirmi nəfərlik nar yetişdiriləcək, bir nar qabığının altında bir adam kölgələnə biləcək.
Ümumən İslam alimləri “iman”la “İslam” kəlmələrinin bir-birindən fərqlənmədiyini və eyni məna kəsb etdiyini bildirmişlər. Ancaq bəzi alimlərə görə, bu iki anlayış arasında incə bir fərq vardır.
Qadın ərinin icazəsi ilə işləyib qazana bilər. Qadının qazandığı pul hüquqi baxımdan özünə məxsusdur. O, bu pulu istədiyi kimi xərcləmək hüququna malikdir.
Hər hansı bir işə ta plan mərhələsindən ciddi yanaşmasanız, o işi möhkəm məntiqi bünövrəyə oturtmasanız, növbəti mərhələlərdə həllolunmaz problemlərlə qarşılaşa bilərsiniz. Bir binanın dizaynını, planını çəkmədən və işlənəsi materiallarını hesablamadan inşaata başlasaq, işin gedişatında “sök-tik”lərdən baş qaşımağa vaxtımız olmaz. Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. […]
Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur. Əgər insanların davranışlarında mənfi hallar yoxdursa, dinimiz həmin […]
Həccin səhih olması üçün bu 3 şərtə əməl etmək lazımdır: ehram, zaman, məkan
Aylıq və ya həftəlik işləyib maaş alan dövlət işçisinin, həkimin, vəkil, mühəndis, dərzi kimi sərbəst işləyən peşə sahiblərinin qazancına zəkat düşüb-düşməməsi ilə bağlıGöründüyü kimi, bu gəlirlər nisab miqdarına çatdığı zaman hər iki fikrə görə, zəkatı verilir… bu gəlirlər nisab miqdarına çatdığı zaman hər iki fikrə görə, zəkatı verilir