2. 804 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bir neçə ildir ki namaz qılıram. Ticarətlə məşqulam. Ancaq cahil olduğum dövürdə aldatdığım insanlar vardır. İndi onların kim olduğunu və harad olduqlarını bilmirəm. Bəzi vaxtlar günahlarım, etdiyim haqsızlıqlar ağlıma gelir və aqibətimdən çox qorxuram. Bir nəfər də mənə axirətdə, hesap meydanında yaxşı əməllərin qurtarınca imanını da alacaqlar dedi. Bilirik ki imanı olmayanın yeri əbədi cəhənnəmdir. Namaz Allahın əmri, məcbur qılıram. Anacaq dua etməyə üzüm gəlmir. Ümidimi itirmişəm. Mən bu qədər qul haqqıyla nə edəcəm?  Keçmişdə “qazandığım pulun” dəyərində məbləği ayırıb bir yerə verə bilərəmmi? Mən cəhənnəmə gecəyəm?

Cavab: Keçmişdə edilən səhvlərimiz və işlədiyimiz günahlardan ötəri ediləcək üç şey vardır: tövbə istiğfar etmək, haqq varsa haqq sahibinə çatdırmaq, bir daha eyni günaha yaxınlaşmamaq.

Öncəliklə, tövbə etmək çox mühimdir. Namaz da bir tövbədir. Hər namazdan sonra dua edərkən keçmiş günahlarımıza da tövbə-istiğfarı əlavə etməli, bir daha işləməmək üçün yalvarmalıyıq.

İkincisi, təxminən nə qədər haqqa girdiyinizi də düşünürsünüzsə, o qədər pulu gücünüz çatdığı qədər, o haqqını yediyiniz insanlar adına, savabı onlara getmək üzrə xeyiriyyə işlərinə xərcləyin.

İnsan, qul haqqı yediyi üçün davamlı cəhənnəmdə qalacaq deyə bir hökm yoxdur. Alacaqlıların hər şeyimiz qurtarınca imanımızı alacaq deyə də bir şey yoxdur. Lakin yaxşı əməllərimiz qul haqqına qarşılıq alınacaqdır. Ayrıca, Allah- Təala bəndələrinə qarşı çox rəhimli və lütüfkardır. Diləyərsə, bəndəsinin  sonraki həyatına baxaraq, alacaqlı olanları  razı edə bilər, fəzlindən, lütfündən əlavə şeylər lütf edə  bilər.

Bir şeyi də yaddaq çıxartmamaq lazımdır, Şeytan bəzən bizi Allah-Təalanın əvf ediciliyi və mərhəmətiylə aldada bilər.  “Narahat olma, Allah günahlarını bağışlayacaq,  O sonsuz mərhəmət sahibidir”, deyərək ( ucuba) arxayınlığa sala bilər. Bilmək lazımdır ki qull haqqı ağır bir haqdır. O bir tərəfdə  çox insanın başını aşağı əydirəcəkdir. Ümidimizi də itirməməli, daha çox xeyirli görərək Rəbbimizi xoşnud etməliyik.

Allah bizi istiqamətdən ayırmasın!

Qey: Bu yazı hikmet.net-den qismən iqtibas olunaraq, əlavələrlə sadələşdirilmişdir.




Şərh yaz