11. 330 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Kəsilən dırnaqlar və saçlar nə edilməlidir?

Cavab: Allah insana böyük qiymət vermiş, onu ehtirama layiq yaratmışdır. Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır: “Biz Adəm oğlunu mükərrəm (yəni, möhtərəm) yaratdıq” (İsra, 17/70). İnsanın özü möhtərəm sayıldığı kimi, onun orqanları da ehtirama layiqdir. Bu mənada insan öz bədənindən ayrılan hər parçaya ehtiram göstərməlidir. Kəsilən dırnaqlar, həmçinin kəsilən saçlar da hara gəldi atılmamalıdır. Əvvəllər, bunları həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırırdılar. Ancaq bu gün böyük şəhərlərdə yaşayan minlərlə, milyonlarla insan üçün bu işi görmək o qədər də asan deyil. Ona görə də, yaxşı olar ki, insanlar onları bir kağıza büksünlər və bir zibil qutusuna atsınlar. Yəni, saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil. İşin başqa bir tərəfinə də baxaq: ola bilsin ki, kiminsə saçı və ya dırnağı başqasına pis təsir göstərə bilər. Halbuki insanlara bu cür təsir göstərmək onların haqqını tapdamaq deməkdir. Ona görə də, saç və ya dırnaq məsələsində həssas davranmaq lazımdır. Peyğəmbərimiz (s.ə.s.) də dırnaqlarını müəyyən günlərdə kəsər və heç kimin görmədiyi yerdə basdırardı. Bərbərxanalarda hər gün neçə-neçə insanın saçı qırxılır. Təbii ki, bərbərin hər gün yer qazıb saç basdırmaq imkanı yoxdur. Ancaq bərbərin o saçları “havaya sovurması” da insanlara qarşı haqsızlıqdır. Ona görə də, bərbər o kəsilmiş saçları bir kağıza bükməli (və ya bir torbaya yığmalı) və açılmayacağından əmin olduqdan sonra bir zibil qutusuna atmalıdır.



Açar sözləri

dırnaq kəsmək saç

Bənzər məqalələr

Qurbanın kəsilmə vaxtı və qaydası

Qurban bayramın birinci, ikinci və üçüncü günləri kəsilməlidir. Ancaq birinci günü kəsmək daha əfzəldir.

Nəyinsə uğursuzluğuna inanmaq doğrudur?

Sual: Uğursuzluğa inanmaq doğrudurmu? Bayquş uğursuzluq simvolu sayıla bilərmi? Rəsulullah (s.ə.s) bir hədisində “İslamda “təşəüm” (bəzi əşyaları və hadisələri uğursuz saymaq, bunları şər bilmək və həmişə pis ehtimalları ön plana çıxarmaq) yoxdur…” – buyurmuşdur.

Afrikada qurban kəsmək

Sual: Televizya və internetdən Afrika və Asiya ölkələrində köməyə ehtiyacı olan insanları görürük. Bu qəbildən olan kasıb ölkələrdə qurban kəsdirmək olarmı?

Peyğəmbərimizin (s.ə.s) əmanətlərinə ehtiram göstərmək dinə görə caizdir?

Rəsulullahın (s.ə.s) maddi və mənəvi miraslarını qoruyub saxlamaq bir vəfa borcudur. Səhabələr Onun müqəddəs davasına könül verdikləri kimi Onun hər izini də müqəddəs əmanət olaraq dəyərləndirmiş və göz bəbəyi kimi qoruyublar. Saçını, mübarək saqqalının tüklərini, dırnaqlarını, ümumiyyətlə, Ona aid hər şeyi böyük bir ehtiramla qoruyub saxlamışlar.

Qadınlar heyvan kəsə bilərmi?

Heyvan kəsməklə bağlı şərtlərdə “kişi olmalıdır” kimi bir şərt yoxdur. Ona görə də kişilər kəsə bildiyi kimi, qadınlar da şəxsən heyvan kəsə bilərlər. Mühüm olan düzgün kəsməkdir. Qadınların heyvan kəsə bilmələrini göstərən hədisi-şərif vardır. Belə ki, Müaz ibn Sədin nəql etdiyi bir hədisə görə, Kəb ibn Malikin kənizi Səl dağlarında qoyunlarını otladırdı. Qoyunlardan biri xəstələndi […]


Şərh yaz