Sual: Kəsilən dırnaqlar və saçlar nə edilməlidir?
Cavab: Allah insana böyük qiymət vermiş, onu ehtirama layiq yaratmışdır. Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır: “Biz Adəm oğlunu mükərrəm (yəni, möhtərəm) yaratdıq” (İsra, 17/70). İnsanın özü möhtərəm sayıldığı kimi, onun orqanları da ehtirama layiqdir. Bu mənada insan öz bədənindən ayrılan hər parçaya ehtiram göstərməlidir. Kəsilən dırnaqlar, həmçinin kəsilən saçlar da hara gəldi atılmamalıdır. Əvvəllər, bunları həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırırdılar. Ancaq bu gün böyük şəhərlərdə yaşayan minlərlə, milyonlarla insan üçün bu işi görmək o qədər də asan deyil. Ona görə də, yaxşı olar ki, insanlar onları bir kağıza büksünlər və bir zibil qutusuna atsınlar. Yəni, saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil. İşin başqa bir tərəfinə də baxaq: ola bilsin ki, kiminsə saçı və ya dırnağı başqasına pis təsir göstərə bilər. Halbuki insanlara bu cür təsir göstərmək onların haqqını tapdamaq deməkdir. Ona görə də, saç və ya dırnaq məsələsində həssas davranmaq lazımdır. Peyğəmbərimiz (s.ə.s.) də dırnaqlarını müəyyən günlərdə kəsər və heç kimin görmədiyi yerdə basdırardı. Bərbərxanalarda hər gün neçə-neçə insanın saçı qırxılır. Təbii ki, bərbərin hər gün yer qazıb saç basdırmaq imkanı yoxdur. Ancaq bərbərin o saçları “havaya sovurması” da insanlara qarşı haqsızlıqdır. Ona görə də, bərbər o kəsilmiş saçları bir kağıza bükməli (və ya bir torbaya yığmalı) və açılmayacağından əmin olduqdan sonra bir zibil qutusuna atmalıdır.