3. 202 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Qurban bayramı ərəfsində bəzi şəhər və rayonlarımızda qurban əti adı ilə ət satılır. Bu nə dərəcədə doğrudur?

Cavab: Qurban sırf Allah üçün niyyət edilərək kəsilməli və Hz. Peyğəmbərin sünnəsinə müvafiq şəkildə paylaşdırılmalıdır. Odur ki, qurban kəsən şəxsin qurbanın əti başda olmaqla heç bir hissəsini dərisindən tutmuş baş-ayaqlarına qədər sata bilməz. Hətta qəssaba  bundan zəhmət haqqı da verilməz. Hz. Əlidən (r.a) belə dediyi rəvayət edilmişdir: “Rəsulullah (s.ə.s) dəvələr qurban kəsilərkən başında dayanmağımı, dərilərini və bellərindəki çullarını paylaşdırmağımı əmr etdi və onlardan hər hansı şeyi qəssaba zəhmət haqqı kimi verməyi mənə qadağan etdi və “qəssabın pulunu biz özümüz verərik.”- buyurdu” (Müslim, Həcc, 348; Əbu Davud, Lüqətə; Darimi, Mənasik, 89). Lakin qurban kəsən şəxs öz qurbanından ehtiyacı olanlara payladıqdan sonra həmin ehtiyacı olan şəxs aldığı qurban payını ətdən daha çox pula ehtiyacı olduğu təqdirdə sata bilər.
Bilmək lazımdır ki, qəssabın satdığı ətdən bir neçə kg almaqla qurban bayramında kəsməmiz gərəkən Xəlil İbrahim qurban borcundan qurtula bilmərik. İnsan büdcəsini tənzimləyərək ildə bir dəfə qurban kəsə bilər. bəzən gərəksiz yerlərə boşuna pul xərcləyirik. Qurban ibadəti insanı Allaha yaxınlaşdıran bir ibadətdir.

Dr. Anar Qurbanov




Şərh yaz