a.Səfər. İslam dinində insanlar öhdəsindən gələ bilmədiyi mükəlləfiyyətlərə məcbur edilmir. Əmrlər hər kəsin qüvvəsi və imkanı daxilində müəyyən edilmişdir. Səfərdə olan insan
müəyyən zaman ərzində sıxıntılarla, məşəqqətlərlə qarşılaşır.Ona görə də səfər zamanı hər bir müsəlman oruc tutmaqda çətinlik cəkə bilər. Bu baxımdan Allah-Təala səfərdə olan insanlara rüsxət vermişdir. Səfərdə oruc tutmaq məcbur deyildir, qayıdandan sonra qəzasını tutmaq lazımdır. Ancaq istəyənlər könüllü olaraq oruc tuta bilər.
b. Xəstəlik. Yenə yuxarıdakı ayədən gördüyümüz kimi, Uca Yaradan oruc tutmağa taqəti, gucu çatmayan insanları (xəstələri) də bu mükəlləfiyyətlərdən azad etmişdir. Həmin insanlar sağalandan sonra qalan orucun qəzasını tutmalıdırlar.Burada bir az xəstəliyin xüsusiyyətini açıqlamaq istərdik. Xəstəlik insanın normal həyat fəaliyyətinin pozulması deməkdir.
Xəstəlik yüngul də ola bilər, ağır da. Bu baxımdan İslam dini hansı xəstələrin oruc tutmasını, hansıların tutmamasını müəyyənləşdirməyi bacarıqlı müsəlman həkimlərə həvalə etmişdir. Mütəxəssis olmayanlardan məsləhət alıb oruc tutmayan müsəlmanlar buna görə mənəvi məsuliyyət daşıyır.
c. Hamiləlik və uşaq əmizdirmək. Hamilə və ya uşaq əmizdirən qadınlara oruc tutmaq məsələsində (uşaqlarına və özlərinə bir zərər verməsin deyə) rüsxət verilmişdir. Daha sonra isə imkanları çatanda (yəni hamiləlik dövrü qurtardıqda və ya uşaq süddən kəsiləndə) qəzasını tutmalıdırlar.[1]
c. Qocalıq. Yuxarıda da qeyd etdiyimiz kimi, İslam dinində oruc tutmağa taqəti çatmayan yaşlı insanlara da rüsxət verilmiş və hər gunun orucunun əvəzində bir kasıbı doydurmaq şərti ilə məsuliyyətdən azad olunmuşlar.
d. Dözülməz aclıq və susuzluq. Oruc tutan insan dözülməz aclıq və susuzluqla qarşılaşarsa, orucun onun orqanizminə və ruhuna mənfi təsir gostərəcəyindən narahat olarsa, yaxud
həkim ona oruc tutmamaq haqqında bir gostəriş verərsə, bu mükəlləfiyyətdən (oruc tutmaqdan) azaddır. Çətin vəziyyət sovuşduqda və ya sağaldıqda isə tutulmayan günlərin sayı qədər qəza orucu tutulmalıdır.
e. İkrah. İkrah kiməsə zorla oruc tutdurmaqdır. Oruc tutanlar “Orucunu pozmasan, səni öldürər və ya filan üzvünü kəsərəm” kimi təhdidlərlə üzləşərsə və bu, həqiqətən də,
mümkün olarsa, onların orucu pozması mübahdır
[1] Bax: İbn Mace, Sıyam 3; Nesai, Sıyam 50-51, 62