3. 950 dəfə oxunub ,   0 şərh   Çap et

Müəyyən ibadətləri yerinə yetirmək üçün bədən, paltar və ibadət edilən yer təmiz olmalıdır. Dinə görə murdar (nəcasət) sayılan maddələr bulaşmayan paltarlar təmiz sayılır. Fəqihlər murdar sayılan maddələri “ağır” (nəcasəti-ğaliza) və “yüngül” (nəcasəti-xəfifə) olmaqla iki yerə ayırırlar. Qan, məni, sidik, nəcis və s. ağır nəcasət sayılır. Namaz qılan şəxsin paltarında və ya namaz qılacağı yerdə bir dirhəm (təxminən dörd qram[1]) və ya daha çox miqdarda “ağır” nəcasət varsa və paltarını təmizləyə bildiyi halda təmizləmədən namazını qılan şəxs, həmin namazı yenidən qılmalıdır. “Ağır” nəcasət maye halında olduqda ovucun içi qədər paltara bulaşıbsa həmin paltar natəmiz (murdar) sayılır. Yüngül nəcasətlərin namaza mane olan miqdarı isə paltarın dörddə biri qədərdir.

Nəcasət bulaşaraq kirlənən paltarlar üç dəfə yuyulmalı sonra suyu sıxılaraq və ya suyu tam süzüldükdən sonra asılmalıdır. Belə paltarlar paltaryuyan maşında yuyulsa üç dəfə yuyulmuş sayılır. Çünki paltaryuyan maşınlar paltarı əldə yumadan daha yaxşı yuyurlar.

Nəcasət bulaşmayan kirli paltarlar isə sadəcə bir dəfə yumaqla təmiz sayılır, çünki kir nəcis deyildir. Bu cür paltarlarla ibadət etmək olar. Kirli (nəcasət bulaşmaqla murdar olan) paltarları təmiz (nəcasət bulaşmayan) paltarlarla bir yerdə yumaq mümkündür.

Quru təmizləmə ilə təmizlənən paltara bulaşan murdarlıq tam təmizlənmiş sayılmır. Çünki qurur təmizləmə maşınları paltarı bir dəfə yuyur, bir dəfə də yaxalayır. Nəcasət bulaşan paltarın üç dəfə yuyularaq təmizlənməsi şərtdir.


[1] Kallek, Çengiz, “Miskal”, DİA, XXX, 182



Bənzər məqalələr

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?

Yumaq və məsh etmək

Sual: Yumaq və məsh etmək nə deməkdir? Cavab: Dəstəmaz Qurani-Kərimdə namazdan əvvəl yerinə yetirilməsi lazım gələn bir şərt olaraq qeyd edilir: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Rəsulullahın (s.ə.s) geyimi tərzi və tövsiyələri

Bəşər övladının yemək-içməkdən sonra ən ümdə ehtiyaclarından biri də geyim-kecim və insanlar arasında gözəl görkəmdə görünməkdir. Allah Rəsulu (s.ə.s) səhabələrin geyimi ilə maraqlanır, paltarlarının növünə, rənginə, uzun və ya qısalığına diqqət yetirir, tövsiyələr verirdi. Peyğəmbərimizin (s.ə.s) geyim tərzinə və tövsiyələrinə nəzər yetirək.


Şərh yaz