Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.
Üz qırxarkən qanayan yerə qan daşı sürtmək orucu pozmur.
Pomadanın da oruca bir zərəri yoxdur. Lakin udulduğu təqdirdə oruc pozulur və qəza edilməlidir. Pomadanı yemək vərdişi olanlar oruclu ikən pomadadan istifadə etməməlidir.
Müşk, gül və gül suyu iyləmək oruclu üçün məkruh deyil. Çiçək, ətir qoxlamaqla oruc pozulmur. Qısacası qoxu orucu pozmur.