3. 099 dəfə oxunub ,   0 şərh   Çap et

Kainatda çox kiçik bir yer tutan planetimizdə minlərlə növ canlı və onlara xas həyata tərzləri mövcuddur. Tam bu nöqtədə ağla belə bir sual gəlir: Görəsən yer üzündə vəziyyət belə ikən, dünyadan çox daha böyük ulduzların, planetlərin və sistemlərin öz şərtlərinə uyğun canlı və şüurlu sakinləri vardırmı? Bu suala bir həmlədə veriləcək “xeyr” cavabı əlbəttə ki yanıldıcı olardı. Bütün həyat şərtlərini yalnız öz dünyamızın həyat şərtlərinə müqayisə edib digər planet və ulduzları şüur sahibi canlılarsız təsəvvür etmək heç də məqbul deyil. Çünki biz oralara aid həyat tərzinin içinə girib, araşdırmamışıq. Belə olan halda bilmədiyimiz bu kimi mövzularda bu sahənin mütəxəssisləri, xüsusi təchizatlı, müstəsna varlıqlar olan peyğəmbərlər tərəfindən bizlərə izah edilənləri diqqətə almalıyıq.

Mövzuya zehinlərə üfüq aça biləcək təmsili bir müqayisə ilə yanaşmağa çalışaq: Saysız xəzinələri və bənzərsiz sənət möcüzələri olan bir Sultan düşünək. Bu Sultan bənzərsiz deyə biləcəyimiz müxtəlif saraylardan bir şəhər qurmuş və o möhtəşəm şəhərin bir küncündə də bir daxma boyda kiçik bir ev tikdirmişdir. Biz bu kiçik binada böyük bir fəaliyyət və hərəkət olduğunu şəxsən gözlərimizlə müşahidə edirik. Sonra gözlərimizi o möhtəşəm saraylara çeviririk, lakin oralarda heç kimi görə bilmirik. İndi bizim bu görə bilməyişimizi hansı səbəbə bağlamaq daha uyğundur?

1. Göz zəifliyimizə,

2. Sakinlərinin bizdən çəkinməsinə,

3. Oralarda heç kimin olmamasına.

Bu dərəcədə möhtəşəm bir şəhərdə minlərlə sarayın boş, yalnız kiçik bir binanın minlərlə canlı ilə dolu oluşunu qəbul etmək mənasına gələn son görüş, ağılı başında birinin qəbul edə biləcəyi bir görüş deyil. O halda ya göz zəifliyimiz o sarayların sakinlərini görməyimizə manedir, yaxud o sakinlər bilmədiyimiz hikmətlərə görə bizdən gizlənirlər.

Məhz məsələni anlamaq üçün asanlaşdırmaq məqsədilə tərif etməyə çalışdığımız bu “möhtəşəm şəhər” misalındakı kiçik bina dünyamızdır. Bu şəhərdəki böyük saraylar da dünyamızın xaricindəki ulduzlar və sistemlərdir. İndi bu misalımızın işığında düşünək. Kainat şəhərinin “dünya” adlı kiçik bir nöqtəsində min bir işıq, rəng və səs ahənginə və davamlı bir fəaliyyətə şahid olub seyr edən birinin o möhtəşəm ulduz saraylarını “boş” zənn etməsi doğrudurmu? Əlbəttə ki, xeyr. Çünki oralarda da həyat vardır və oraların da şüurlu sakinləri mövcuddur. Bizim onları görməməyimiz onların olmadığı mənasına gəlmir. Görə bilməməyimiz ya bizim gözümüzdəki bir zəiflikdən ya da onların başqa bir varlıq təbəqəsində olmalarındandır.

Bu halda mələklərin gözlə görülməz, duyğu orqanları ilə qəbul edilə bilməz olması, inkar edilmələri üçün bir səbəb ola bilməz. Çünki onların görünməmələri var olmadıqlarından və ya əsla görünməz olduqlarına görə deyil. Bu bizim onları görəcək bir qabiliyyət və mahiyyətdə yaradılmadığımız səbəbilədir. Başqa bir ifadə ilə mələklərin görünməmələri onların bizim müşahidə və təcrübəyə əsaslanan bilgilərimizin maraq dairəsi xaricində qalan metafizik varlıqlar olmalarındandır. Bu gün var olduğu elmi olaraq isbat edilən və ya hiss edilən nə qədər varlıqlar vardır ki, biz onları çılpaq gözlə görə bilmirik.

Mələkləri bizə bir çox xüsusiyyətiylə tanıdan Qurani-Kərim onların nədən yaradıldıqları barədə məlumat vermir. Onlarla əlaqədar bu məlumatı biz Hz. Peyğəmbərin (s.ə.s.) hədislərində görürük. Bir hədisi-şərifdə: “Cinlərin və şeytanların oddan, Hz. Adəmin torpaqdan, mələklərin isə, nurdan yaradıldığı…”[1] bildirilir.

Mələklər hirs, kin, qəzəb, qısqanma və həsəd kimi mənfi duyğulardan uzaq olmaları və bəşərə aid digər hiss və meyllərdən uzaq olduqlarına görə onlar üçün üsyan, etiraz və bənzəri hər hansı bir günahdan söhbət gedə bilməz.

“Allahın onlara əmr etdiyi şeylərə üsyan etməzlər və nə ilə əmr olunurlarsa onu yerinə yetirərlər.”[2]

İnsanların sahib olduqları yemək, içmək, erkəklik, dişilik, evlənmək, kimi hərəkətlər və xüsusiyyətlərdən uzaq[3]ruhani bir varlıq olan mələklərin məqamları sabitdir və onlar üçün etdikləri əməllərin qarşılığında savab qazanmırlar, amma Allah adına işlədikləri hər əmrdə lətif bir zövq və xoş bir ləzzətləri vardır. Allaha qarşı dərəcələrinə görə feyz (mənəvi bir ləzzət) alırlar. Nurdan yaradılmış varlıqlar olmaları baxımından, ehtiyac duyduqları qidalar da mənəvidir; zikr, təsbihat, həmd və Cənabi-Haqqa aid mərifət və məhəbbət nurlarından ləzzət alırlar və Ona ibadət barəsində nə bir böyüklük duyğusuna qapılarlar nə də yorulub usanarlar:

“…Onun hüzurunda olanlar, Ona ibadət etmə barəsində qürurlanmaz və yorulmazlar. Onlar bezib usanmadan gecə-gündüz Allahı təsbih (zikr) edərlər. “[4]

Bundan başqa mələklər, özlərinə xas lətif və nurani bir yaradılışa sahib olmaları səbəbiylə hərəkət və nüfuz etmə xüsusiyyətləri son dərəcə sürətli və mükəmməl olan varlıqlardır. Quranda onların bu xüsusiyyətlərini ifadə etmə mahiyyətində belə buyurulur:

“Mələklər və ruh, Ona (Onun ərşinə) miqdarı (dünya ili ilə) əlli min il olan bir gündə yüksəlib çıxarlar.”[5]

“Göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun…”[6]

İstər Quranda istərsə hədisi-şəriflərdə mələklərin qanadlarından bəhs olunur. Bu qanadların içində olduğumuz aləmə aid varlıqların qanadları ilə eyni olduğunu deyə bilmərik. Mələklərin fərqli bir ölçüdə (boyut) həyat sürən nurani varlıqlar olduğu nəzərə alınsa, bunların quş və ya təyyarə qanadları kimi maddi xüsusiyyətlərə mövzu etməyin doğru olmayacağı ortadadır. Mələklər bəşərin idrak vasitələriylə tanına bilməyəcək bir yaradılışdadırlar. Bu halda bu qanadların mahiyyətini ancaq Allah və onları görən peyğəmbərlər belə bilərlər.

Mələklərin qanadları haqqında bilinməli olan bir xüsus da budur: Bu sözün Qurandakı qarşılığı “cənah”dır. Cənah isə yalnız qanad demək deyil, “yan, tərəf və xüsusiyyət” kimi mənalara da gəlir. Quranda keçən bu ifadəyi güc və sürət kimi mələklərə verilmiş olan xüsusiyyətlərin çox fərqliliyi kimi başa düşmək mümkündür. Doğrusunu Allah və Rəsulu bilir.

Məlklər Allahın icazəsi ilə fərqli şəkillərə girəbilən varlıqlardır. Peyğəmbərlər tərəfindən həm əsil, həm də təməssül (cildə girmə) surətlərində görülmüşlərdir. Məsələn Cəbrail (a.s.) Hz. Məryəmə bir insan surətində görünmüş.[7] Hz. İbrahimə yeni olacaq oğlunu muştuluq vermək üçün gələn mələklər isan surətində ona görünmüşlər.[8] Hz. İbrahim onları tanımadığı üçan qonqaq zənn edib önlərinə yemək qoymuş, yemediklərini görüncə qorxmuş, sonradan mələk olduqlarını anlamışdır. Bu ayədən onların yeyib-içmədikləri hökmü çıxarıla bilər. Yenə məşhur Cibril hədisi olaraq bilinən rivayətdə də bildirildiği kimi, Cəbrail (a.s.) sahabilər tərəfindən insan surətində görülmüşdür.[9]


[1] Müslim, Zühd 10.

[2] Təhrim, 66/6.

[3] Zuhruf, 43/19, Saffat, 37/49, Nəcm, 53/27.

[4] Ənbiya, 21/19-20.

[5] Məaric, 70/4.

[6] Fatir, 35/1.

[7] Bax: Məryəm, 19/16-17.

[8] Hud, 11/69-70.

[9] Mülim, İman 37; Əbu Davud, Sünnə, 15.




Şərh yaz