Sual: Allah mələkləri nə üçün yaratmışdır?
Allahın mələkləri yaratması onlara ehtiyacı olduğu ücün deyildir. Səbəblər dairəsi də dövlətin icraedici orqanları hökmündədir ki, yuxarıdan gələn əmrlərin təbliğatı o dairədən aparılır. “Sultanı-Əzəlinin məmurları vardır.
Amma icraatçıları deyillər ki, səltənət və idarəyə ortaq olsunlar. O məmurların vəzifəsi, sadəcə, o Sultanın qüdrətini, icraatlarını elan etməkdir.” Və ya o məmurlar ilahi icraatlara baxan şahidlərdir ki, gördükləri əvamiri təkviniyə (Allahın kainatda qoyduğu yaradılış qanunları) qarşısında etdikləri itaətlə bir nov ibadət etmiş olurlar. Bəli, mələklər:
– Pərdə olaraq yaradılmışlar.
– Qanunların təmsilçiləri, şahidləridirlər.
– Atomdan kainata qədər bitkilərin, heyvanların, dağların və ulduzların ayrı-ayrı, fərqli-fərqli zikirləri, təsbihləri vardır. Mələklər şüursuz varlıqların ibadətlərini şüurlu bir şəkildə Allaha təqdim edirlər.
b) Onlar məxluqat (yaradılmışlar) içində, qeyd-şərtsiz, yollarını azmadan Allaha qulluq edən yeganə sinifdir.
c) Allahın heç bir şeyə ehtiyacı olmadığını (yemə, içmə, evlənmə kimi) ifadə edən Saməd isminin aynasıdırlar. Çünki mələklər də yeyib-içməzlər, onlarda da erkəklik-dişilik yoxdur.
“Şüphələr və Çıxış Yolları” kitabından alınmışdır