Aylıq və ya həftəlik işləyib maaş alan dövlət işçisinin, həkimin, vəkil, mühəndis, dərzi kimi sərbəst işləyən peşə sahiblərinin qazancına zəkat düşüb-düşməməsi ilə bağlı iki fərqli fikir var:
1. Bu gəlirlər miras, bağışlama, mükafat kimi sonradan mülkiyyətə keçən mallara daxildir. Dolayısilə, əgər bu gəlirlər məmur, işçi və ya sərbəst peşə sahibinin zəruri ehtiyaclarını qarşıladıqdan sonra artırsa və bir ilin tamamında nisab miqdarına çatırsa, ilin axırını gözləmədən hər ay zəkatı verilməlidir.
2. Bu şəxslərin gəliri illik zəruri ehtiyaclarını çıxdıqdan sonra nisab miqdarına çatırsa, bunun üstündən bir il keçməsini gözlədikdən sonra 2,5%-ni zəkat vermək lazımdır.
Göründüyü kimi, bu gəlirlər nisab miqdarına çatdığı zaman hər iki fikrə görə, zəkatı verilir.[1]
[1] Qardavi, “Zəkat”, 1/492 vd.