Mənəviyyata Açılan Pəncərə

Mərhumun adına oruc tutmaq

Sual: Vəfat edən şəxsin əvəzinə oruc tutmaq olar?

Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur:

Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.[1]

Kim üzərində bir ay oruc borcu olaraq ölərsə, (ailəsi və ya yaxınları) onun adından hər gün bir nəfərə yemək yedirsin.”[2] Bu səbəbdən vəfat etmiş şəxsin əvəzinə oruc tutmaq yox, onun tuta bilmədiyi oruclarının fidyəsini verməyə çalışmaq lazımdır.

Oruc tuta və eyni zamanda fidyə verə bilməyən şəxs nə etməlidir?

Oruc tutmaqdan aciz olan yaşlı və ya xəstə şəxsin fidyə verməyə də gücü çatmırsa, əlinə imkan düşən kimi həmin fidyələri ödəməyə çalışmalıdır. Buna də imkanı çatmasa, malından ödənməsi üçün vəsiyyət etməlidir.


[1] Malik, Muvatta, 18, Sıyam, 43, (II, 303).
[2] Tirmizi, 6, Savm, 23, (III, 96); İbn Macə, 7, Siyam, 50, (I, 558).
Exit mobile version