بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ
عَنْ أُمِّ الدَّرْدَاءِ (رَضِيَ الله عَنْهَا) سَمِعْتُ مِنَ النَّبِيِّ
(صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ) يَقُولُ:
أَوَّلُ مَا يُوضَعُ فِي الْمِيزَانِ اَلْخُلُقُ الْحَسَنُ
* * *
Həzrəti Ümmü Dərda (radiyallahu anhu) Rəsulullahın (səllallahu aleyhi vəsəlləm) belə buyurduğunu rəvayət etmişdir: “Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.” (Təbərani, əl-Mucəmul-Kəbir, 24/253)
Ayə və hədislərdə bildirildiyinə görə insanlar axirətdə haqq-hesab gününün dəhşətindən özlərini bu dəhşətdən xilas edəcək, onlara şəfaətçi olacaq bir şəxs və ya xeyirli bir əməl axtaracaq, bunun üçün də sağa-sola qaçacaqlar və tanıdıqları şəxslərdən kömək istəyəcəklər. Lakin o gün hamı “Bu gün mən öz hesabımı necə verəcəyimi bilmirəm” deyərək insanların yardım tələblərini rədd edəcəklər. (Allah Təalanın şəfaətçi olmaq üçün icazə verdiyi peyğəmbərlər və əməli-saleh şəxslər xaric)
Səhih hədislərdə qeyd olunduğuna görə, insanların axirətdə ilk hesaba çekiləcəyi əməlləri namaz, sonra zəkat və daha sonra da oruc olacaqdır. Xüsusilədə bu əməllərdə hesabını asanlıqla verə bilənlərin digər xüsuslarda da haqq-hesabları asanlıqla verə biləcəkləri bildirilmişdir.
Məhz burada da qeyd olunan xüsuslar arasında, axirətdə mizan tərəzisinə qoyulaca ilk savabın möminin dünyadakı gözəl əxlaqı olacağı bildirilmiş və bunun mahiyyətinə diqqət çəkilmişdir. Bu mövzudakı bir ayədə Allah Təala belə buyurmuşdur:
لاَ تَعْبُدُونَ إِلاَّ اللهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ
وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلاَةَ وَآتُوا الزَّكَاةَ
“Allahdan başqasına ibadət etməyin! Anaya, ataya, qohumlaa, yetimlərə, kasıblara xeyirxahlıq edərək xoş, şirin sözlər söyləyin, namazı haqqıyla qılın, zəkatı verin.” (əl-Bəqərə, 82)
Mövzuyla əlaqəli bir hədisi-şərifdə isə, “Ağlın tələbi, Allaha imandan sonra, Onun üçün sevmək, sevilmək və insanlarla dost olmaqdır” deyilmişdir (Beyhaqi, Sünən) Oxşar rəvayətlərdə də bir biriylə qarşılaşan iki möminin bir birinə salam verib, təbəssümlə əllərini sıxıb hal-əhval tutarlarsa, həmin yerdəcə günahlarının bağışlanacağı nəql edilmişdir.
Görüldüyü kimi, bir çox ayə və hədisi şəriflərdə gözəl əxlaqın əhəmiyyəti və axirətdə xilaskar olacağı vurğulanmışdır. Məxluqatın ən xeyirlisi Peyğambər Əfəndimiz (səllallahu aleyhi vəsəlləm) haqqında Qurani-Kərimdə Allah Təala belə buyurmuşdur:
وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ
“(Ey Həbibim) Sən həqiqətən də yüksək bir əxlaq üzərəsən” deyilərək O, gözəl əxlaqı ilə təriflənmişdir.
اَللّٰهُمَّ اجْعَلْنَا مِنَ الْمُؤْمِنِينَ الْمُحْسِنِين
وَصَلِّ وَسَلِّمْ و بَارِكْ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ أَجْمَعِين