1. 297 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Mən köklük (obezete) xəstəsiyəm. Müalicə olmaq üzrə bir həkimə müraciət etdim. Qarşıdan da Ramazan ayı gəlir. Lakin tətbiq edəcəyi proqramla Ramazan ayında oruc tuta bilməyəcəyəmi söylədi. Mən normal şərtlərdə orucumu heç buraxmadım. Bu vəziyyətdə mən nə etməliyəm?

Cavab:Ramazan ayında oruc, İslam dininin əsaslarından biridir və insanın müsəlmanlığının ən böyük əlamətlərindəndir. Orucun fərziyyəti ayət və hədislərlə sabitdir. Orucun şəxsə və cəmiyyətə qazandırdıqları xeyli çoxdur. Bunları saytımızdan oxuya bilərsiniz. Peyğəmbərimiz (SAV) də bir hədislərində ” bir gün Ramazan orucunu qaçıranın bütün ili oruclu keçirsə belə onun yerini tutmayacağını ifadə etməkdədir”.

Ancaq orucunu tuta bilməyəcək qədər xəstə olan və ya oruc tutduğunda xəstəliyinin artması, uzanması ehtimali olanlar, səyahətdə olanlar, uşaq əmizdirən, hamilə olan və ya aybaşı və zahıllıq halında olan qadınlar oruc tutmaz. Bunlar oruclarını Ramazan ayından sonra qəza edərlər. Çox yaşlı olanlarla, yaxşılaşa bilməyəcək vəziyyətdə olan xəstələr də tuta bilmədiyi günlərin sayısı qədər fidyə (bir insanın səhər və axşam yemeyini qarşılayaca dəyərdə) verərlər.

Oruc tutmamağı üzürlü görən hallar, insan həyatının normal davam etməsinə mane olan xəstəliklərdir. İnsan əgər müalicə olmazsa həyatı təhlükəyə girəcək və ya yaxşılaşması uzun zaman sürəcək xəstəliklər vəziyyətində oruc tutmaya bilər. Ancaq orucluykən bu cür çətinliklər olmayacaqsa və xəstəlik davam edən bir vəziyyətsə; buna ciddi olaraq işinin eksperti və ölkəmiz üçün danışacaq olsaq, dini həssaslığı olan bir doktor/həkimin qərar verməsi lazımdır. Onun xaricində doktor/həkim, dinə və oruca qarşı biridirsə və ya bunu mövzunun eksperti olmayan kəslər söyləyirsə söylənənlər diqqətə alınmaz.

Sizin sualda ifadə etdiyiniz vəziyyət normal şərtlərdə oruc tutmamaq üçün bir bəhanə təşkil etməz. Çünki bu çox təcili müalicə tələb edən və oruc tutmamağı mübah edəcək bir narahatlıq kimi görünmür. Ramazandan sonra da belə bir müalicəyə başlana biləcəyi kimi, orucu tərk etməyəcək şəkildə bir müalicə üsulu da tətbiq oluna bilər. Çünki yuxarıda da ifadə etdiyimiz kimi orucu sonraya buraxmanın caiz olması üçün, oruc tutulduğunda adamın ölümə gətirib çıxaracaq, xəstəliyini irəlilədəcək və ya xəstəliyinin uzanmasına səbəb olacaq bir xəstəlik olmalıdır.

Bu ümumi prinsiplər işığında, sizin vəziyyətiniz mütləq və təcili müalicəni tələb edirsə və həkiminiz də -bu işin eksperti olduğu aydın olur- dini həssaslıqları olan və ya heç olmasa dinə qarşı önfikiri olmayan bir həkimsə – bu mövzuda siz vicdanınızın qəbul elədiyi qənaətə görə hərəkət edə bilərsiniz.




Şərh yaz