3. 998 dəfə oxunub ,   0 şərh   Çap et

 

وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!) {“Həcc” surəsi, 22/77}

 عَنِ ابْنِ عُمَرَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «اَلْمُسْلِمُ أَخُو الْمُسْلِمِ لَا يَظْلِمُهُ وَلَا يُسْلِمُهُ. وَمَنْ كَانَ ف۪ي حَاجَةِ أَخِيهِ كَانَ اللّٰهُ ف۪ي حَاجَتِهِ، وَمَنْ فَرَّجَ عَنْ مُسْلِمٍ كُرْبَةً فَرَّجَ اللّٰهُ عَنْهُ بِهَا كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللّٰهُ يَوْمَ الْقِيَامَةِ»

İbn Ömərin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz və onu təhlükə qarşısında köməksiz qoymaz. Allah Müsəlman qardaşının ehtiyacını aradan qaldıran bir adama yardım edər.  Kim bir müsəlmanı bir çətinlikdən qurtararsa, Allah da buna görə həmin adamı Qiyamət günü bir sıxıntıdan qurtarar. Kim bir müsəlmanın qüsurlarını örtərsə (faş etməzsə), Allah da Qiyamət günü həmin adamın nöqsanlarını örtüb gizlədər”. [Buxari, Məzalim 3; Müslim, Birr 58]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا، نَفَّسَ اللّٰهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلٰى مُعْسِرٍ يَسَّرَ اللّٰهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللّٰهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَاللّٰهُ ف۪ي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ ف۪ي عَوْنِ أَخِيهِ، وَمَنْ سَلَكَ طَر۪يقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللّٰهُ لَهُ بِهِ طَر۪يقًا إِلَى الْجَنَّةِ. وَمَا اجْتَمَعَ قَوْمٌ ف۪ي بَيْتٍ مِنْ بُيُوتِ اللّٰهِ تَعَالٰى، يَتْلُونَ كِتَابَ اللّٰهِ، وَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ إِلَّا نَزَلَتْ عَلَيْهِمُ السَّك۪ينَةُ، وَغَشِيَتْهُمُ الرَّحْمَةُ، وَحَفَّتْهُمُ الْمَلَائِكَةُ، وَذَكَرَهُمُ اللّٰهُ ف۪يمَنْ عِنْدَهُ. وَمَنْ بَطَّأَ بِهِ عَمَلُهُ لَمْ يُسْرِعْ بِهِ نَسَبُهُ»

Əbu Hureyrə (r.a.)  Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu  nəql edir:

“Kim bir möminin dünya sıxıntılarından birini həll edərsə, Allah da Qiyamət günü o insanın bir sıxıntısını həll edər. Kim dar­da qalana kömək edərsə, Allah da dünya və axirətdə onun iş­lərini asanlaşdırar. Kim bir müsəlmanın qüsurunu örtərsə, Allah da onun qüsurlarını dünya və axirətdə örtər. Mömin qul din qar­da­şına kömək göstərdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün bir yol tutub gedərsə, Allah da ona (o elm sayəsində) Cənnətə gedən yolu asanlaşdırar. Bir topluluq bir Al­lah evində yığışıb ilahi mərifəti qazanmaq məqsədilə Allahın ki­tabını oxuyar və birgə müzakirə edərsə (anlayıb qavramağa çalışarsa), onların üstünə sükunət (səkinə) enər, Allahın rəhməti və mələklər onları əhatə edər. Uca Allah hüzurundakılara onlardan bəhs edər. Əməlinə görə geridə qalan adamı da əsl-nəsəbi qabağa keçirə bil­məz (yaxşı əməli az olanlara nəsli fayda verməz).” [Müslim, Zikr 38]




Bənzər məqalələr

Güclü iradə istəyən dörd əməl

Güclü iradə istəyən Dörd əməl var ki, çox çətindir: qəzəblənəndə bağışlamaq, çətin vaxtlarda səxavətli olmaq, günahla təkbaşına qalanda iffətli hərəkət etmək, qorxduğu və ya mənfəət umduğu insana haqqı söyləmək

Yardımlaşma

Yardımlaşma dinimizin əsaslarından biridir. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir sıxıntısını aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlara kömək eləmə kimi müxtəlif şəkilləri vardır. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar.


Şərh yaz