Böyük İslam alimlərindən İmam Qəzali müsəlmanlar arasındakı ümumi haqları aşağıdakı kimi təsnif etmişdir:
Qardaşlıq haqqına riayət etmək.
Əli və ya dili ilə heç bir müsəlmana zərər verməmək.
Heç kimə xor baxmamaq, qürurlanmamaq, başqasını təhqir etməmək, pis söz söyləməmək, təkəbbürlənməmək.
Qeybət, həsəd, sui-zənn, nankorluq kimi mənfi duyğulardan və qul haqqından uzaq durmaq.
Bir müsəlmanla üç gündən artıq küsülü qalmamaq.
İnsanlara, xüsusilə də müsəlmanlara yaxşılıq etmək, onlarla gülərüzlə rəftar etmək.
Yaşlılara hörmət göstərmək, uşaqları sevmək və mərhəmət bəsləmək.
Əmanətə xəyənət etməmək, sözündə sadiq olmaq.
Küsülüləri barışdırmaq.
İnsanların şəxsi eyiblərini, xətalarını üzə çıxarmamaq, gizli qüsurlarını aşkar etməmək.
Əlindəki imkanlardan müsəlmanların xeyri üçün istifadə etmək.
Dara düşmüş müsəlmanlara kömək etmək.
Yaxşı dostu olmayan bir müsəlmanı ondan uzaqlaşdırmaq.
Dərdli müsəlmanın dərdinə ortaq olmaq və onu bu vəziyyətdən qurtarmağa çalışmaq.
Müsəlmanla qarşılaşanda əvvəlcə salam vermək.
Asqırnda “Əlhəmdullilah” deyən müsəlmana “Yərhəmukəllah” demək.
Xəstə müsəlmanı ziyarət etmək və cənazəsində iştirak etmək.