Mənəviyyata Açılan Pəncərə

Müsibətlərlə imtahan olunmaq

عَنْ أَبِي أُمَامَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ : قَالَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

إِنَّ اللهَ لَيُجَرِّبُ أَحَدَكُمْ بِالْبَلَاءِ وَهُوَ أَعْلَمُ بِهِ كَمَا يُجَرِّبُ أَحَدُكُمْ ذَهَبَهُ بِالنَّارِ

* * *

Əbu Ümamə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql etmişdir:

“Sizdən biriniz öz qızılını odda əridərək təmizləyib saflaşdırdığı kimi, bəndələrini ən yaxşı tanıyan Allah da sizi müsibətlərlə imtahan edər.” (Hakim, Müstədrək; Təbərani, əl-Mucəmul-Kəbir, Beyhaqi, Şuabul-İman)

Qızılın odda əridilərək içindəki başqa maddələrdən təmizlənib saf hala gətirildiyi kimi, insanlar da bir çox bəla və müsibətlərlə imtahan edililirlər ki, nəfsin günahları və dünyanın pisliklərindən təmizlənsinlər. Allah dostlarının ifadə etdiyi kimi, insanlar bəzən ibadət və saleh əməllə çata bilmədikləri mənəvi dərəcələrə, başlarına gələn müsibətlərə səbr etməklə, bütün vəziyyətlərdə Allah Təalanın qədərinə razı olmaqla çatırlar.

   Xüsusilə ilk anda gəlib qəflətən çattdığı anda müsibətlərə səbir etmək və qədərə razı olmaq Allah Təala qatında ən uca xislətlərdəndir. Lakin Allah dostlarının ifadə etdiyinə görə bu uca məqama çatmaq asan deyil. Bu məsələ, əvvəlcədən nəfsin ciddi şəkildə tərbiyə edilməsi, qəlbin də günahlardan təmizlənib Allah Təalanın razı qaldığı işlərlə bəzədilməsindən asılıdır.

İmtahanın iki növü

 Qurani-Kərimdə bir çox ayədə ifadə edildiyinə görə, imtahanın ünsürü olan şeylər sadəcə bəla və müsibətlər deyil. İnsanın övladı, malı, evi, miniyi və məqamı kimi dünyalıq olaraq sahib olduğu şeylər də onun üçün ən böyük imtahan səbəbidir. Allah dostlarının deyir ki, “İnsanın Allah üçün istifadə etmədiyi, onu Allaha yaxınlığını artırmayan nemətlər, həqiqətdə nemətə bənzəyən bəla və müsibətlərdir”.

Bəlalarla gələn yaxınlıq

Müsibətlərin günhaları silib Allaha Təalaya yaxınlaşdırması xüsusunda Rəsulullahdan (s.ə.s) nəql olunan bir çox hədisi-şəriflər mövcuddur. Bunlarda biri belədir: “Allah, mömin qulunu xəstəliklərlə imtahan edər ki, onun üzərindəki günahları tökülsün.” (Təbərani, əl-Mucəmul-Kəbir; Hakim, Müstədrək).

   Ağacın yarpaqlarının şiddətli küləkdə töküldüyü kimi, müsibətlərə səbr edən və Allah Təalanın qədərinə razı olan möminlərin günhaları da tökülüb gedər və insan Allaha yaxınlaşmış olar. Burada vurğulanan əsas xüsus budur. Allahdan bəla və müsibət istənilməz. Ondan daima əfv, bağışlama və mərhəmət istənilər. Müsibətə düçar olanda isə ona  səbr edib, “bundan da bir xeyir var” deyərək İlahi qədərə razı olmaq lazımdır.

Şeytanın ən böyük hiylələrində biri, bəla və müsibətlərə məruz qalmış möminlərə “Sənin işin artıq bitdi, sən günahkarsan. Çətin bağışlanasan. Allah dərgahından qovuldun” tərzində vəsvəsə verib onu başına gələn müsibətlərdən şikayət etməyə və beləliklə məğlub olmağa təşviq etməkdir. Halbuki yuxarıda qeyd olunduğu kimi bəlalara səbir etmək və İlahi qədər razı olmaq möminin ən uca xislətlərindəndir. Necə ki, Allah dostları başlarına bir müsibət gəldikdə “Əlhəmdulillah, Rəbbim məni hələ də sevir ki, mənə günahlarıma kəffarə olsun deyə bəla göndərdi” deyərək bizə də müsibətlərə qarşı necə münasibət bəsləməyi öyrətmişlər.

رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلاَنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

وَصَلِّ وَسَلِّمْ عَلٰى مَنْ أَرْسَلْتَهُ رَحْمَةً لِلْعَالَمينَ وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ الطَّيِّبينَ الطَّاهِرينَ

 

Exit mobile version