2. 080 dəfə oxunub ,   0 şərh   Çap et

 عَنْ أَبِي أُمَامَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ : قَالَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

إِنَّ اللهَ لَيُجَرِّبُ أَحَدَكُمْ بِالْبَلَاءِ وَهُوَ أَعْلَمُ بِهِ كَمَا يُجَرِّبُ أَحَدُكُمْ ذَهَبَهُ بِالنَّارِ

Hz. Əbu Ümamə (r.a.) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql edir: “Sizdən birinin öz qızılını atəşdə əridərək təmizləyib saflaşdırdığı kimi, qullarını ən yaxşı bilib tanıyan Allahu Təala da sizi müsibətlərlə imtahan edər.” (Hakim, Müstdrək; Təbərani, əl-Mu’cəmul-Kəbir; Beyhaqi Şuabul-İman) Hədisi-şərifin ifadə etdikləri Qızılın atəşdə əridilməsi ilə içindəki əlavə maddələrin ayrılıb saf hala gətirilir. İnsanlar da bəla və müsibətlərlə imtahan edilirək nəfsin qazandığı günahlardan və dünyanın pisliklərindən təmizlənirlər. Allah dostlarının əksriyyəti mövzuya belə münasibət bildirmişdir: “insan, bəzən ibadət və saleh əməllə çata bilmədiyi nöqtələrə, uca mənəvi məqamlara, başlarına gələn müsibətlərə səbr edərk, bütün hallarında Allahu Təalanın təqdirinə razı olmaqla çata bilər”. Xüsusilə qəflətən baş verən müsibət anında, ona səbr edən və Uca Rəbbimizin onun haqqındakı təqdirinə rıza göstərmə ilahi dərgahda ən ali xislətlərdəndir. Lakin, Allah dostlarının ifadə etdiyi kimi bu uca məqama çatmaq elə də asan deyil. Bu məsələ, ilk öncə nəfsin ciddi şəkildə tərbiyə edilməsi, qəlbin təmizliyi-yəni günahlardan sıyrılması, şuuraltıyla hər şeyin İlahi təqdirlə gerçəkləşəcəyinə inanmağa bağlıdır. İki Növ İmtahan var: 1. Var-dövlətlə olan imtahan Quran-ı Kərimdə bir çox ayədə ifadə edildiyi kimi, imtahan ünsürləri yalnız bəla və müsibətlər deyildir. İnsanın övladı, evi, avtomobili, mal və tutduğu vəzifə kimi dünyalıq olaraq sahib olduğu mənafe onun üçün ən böyük imtahan səbəblərindəndir. Allah dostlarının dediyi kimi, “İnsan üçün, Allahın rızasını və Ona yaxınlığı qazanmağa vəsilə olmayan nemətlər, həqiqətdə nemət görünüşlü bəla və müsibətlərdir.” 2. Bəlalarla olan imtahan Müsibətlərin günahları töküb insanı Allaha yaxınlaşdırması barəsində Peyğəmbərimizdən (s.ə.s) gələn bir çox hədislər mövcuddur. Bunlardan biri belədir: “Allah, mömin qulunu xəstəliyə düçar edər ki, üzərindəki günahları tökülsün.” (Təbərani, əl-Mu’cəmul-Kəbir; Hakim, Müstədrək). Ağac yarpaqlarının şiddətli külək nəticəsində tökülməsi kimi, müsibətlərə səbr edən, Allahın təqdirinə razı olan möminlərin günahları da silinər və o qul Allaha yaxınlıq yoluna girmiş olar. Burada diqqəti çəkən xüsus isə belədir: İnsan, Allahdan bəla və müsibət istəməz, istəməməlidir də. Həmişə Allaha, əfv, bağışlanma və mərhəmət diləyiylə dua edər. Lakin çətinliklərlə qarşılaşdığı zaman lazımlı tədbirləri görər, başına bir müsibət gələrsə, ona da səbr edib ilahi təqdirə razı olar. Nəticə Şeytanın ən böyük tələlərindən biri, bəla və müsibətlərə məruz qalmış möminlərə: “Sənin işin bitdi, sən İlahi dərgahda sevilən bir bəndə deyilsən, qovuldun.” –deyərək,bir şəkildə vəsvəsə verib, onu başına gələnlərdən şikayət etməyə məcbur etməsidir. Halbuki yuxarıda da qeyd etdiyimiz kimi möminin ən uca xisləti bəlalara səbr və ilahi təqdirə razı olmasıdır. Necə ki Allah dostlarından bəziləri, başlarına bir müsibət gəldiyi zaman: “Əlhəmdülillah, Rəbbim məni hələ də sevir ki, məni unutmadı, günahlarıma kəffarə olsun deyə mənə bəla göndərdi.” -demiş və bizlərə necə hərəkət etməmiz gərəkir xüsusunda doğru yolu öyrətmişlərdir.

رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلاَنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

وَصَلِّ وَسَلِّمْ عَلٰى مَنْ أَرْسَلْتَهُ رَحْمَةً لِلْعَالَمينَ وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ الطَّيِّبينَ الطَّاهِرينَ



Açar sözləri

müsibət

Bənzər məqalələr

Müsibətlərlə imtahan olunmaq

“Sizdən biriniz öz qızılını odda əridərək təmizləyib saflaşdırdığı kimi, bəndələrini ən yaxşı tanıyan Allah da sizi müsibətlərlə imtahan edər.”


Şərh yaz