3. 214 dəfə oxunub ,   0 şərh   Çap et

Bu günlərdə gündəmi məşğul edən ən əsas məsələlərdən biri halal qida mövzusudur. Əslində nə yediyimiz qədər haradan yediyimiz də əhəmiyyət kəsb edir. Aldığımız maaşa layiq olmaqdan tutun, qazancımızı boş yerə xərcləyib israf etməyə qədər bir çox məsələ  birbaşa olmasa da, dolaylı yolla haram sayılır.

“İnsanın yediyinə və içdiyinə diqqət etməsi lazımdır” sözünü hər kəs deyir: həkim, müəllim, televiziyadakı aparıcı və s. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Haram loğma ilə əmələ gələn bədəninin hüceyrələri ancaq cəhənnəmdə təmizlənəcək”. Bu səbəbdən haram loğma mövzusunda başda əshabi-kiram olmaqla, bütün Allah dostları maksimum dərəcədə həssaslıq göstərmişlər.

Həzrəti Əbu Bəkrin həssaslığı

 Həzrət Əbu Bəkir əfəndimizin bu mövzumuzdakı həssaslığı də bizlərə gözəl nümunədir. O, hər gün yeməyini gətirən xidmətçisinə, hər dəfə yeməyi haradan gətirdiyini, hansı yolla əldə etdiyini soruşardı. Bir dəfə soruşmağı unutdu. Yəqin, uzun müddət idi ki, ağzına bir loğma qoymamışdı.  Tikəni ağzına qoyduqdan sonra bir anda diksindi və xidmətçisinə yeməyi haradan alıb hazırladığını soruşdu. Xidmətçisi utana-utana: “Ey Allahın Peyğəmbərinin xəlifəsi! Mən cahiliyyə dövründə falçılıq edirdim. Xalq bunun qarşılığında mənə pul verirdi. O vaxtlar gördüyüm işdən ötəri birindən alacağım vardı. Onu aldım və bu yeməyi də onunla hazırladım. ” Bunu eşidən Həzrəti Əbu Bəkrin rəngi bir anda avazıdı, bənizi saraldı. Heç tərəddüd etmədən əlini boğazına aparıb yediyinin hamısını qaytardı.

 Günlərdir, ac olduğunu bilən ətrafındakılar: “Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu qədər çox deyilmi? Niyə özünə bu qədər iztirab verirsən?” – dedilər. Hz. Əbu Bəkir: “Mən Allah Rəsulundan eşitmişdim ki, bədənə bir tikə haram loğma girsə, onu ancaq cəhənnəm odu təmizləyər”.

 Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hədisi-şəriflərində də belə buyurmaqdadır: “Halal da məlumdur, haram da. İkisinin ortasında hökmü bəyan edilməyən və insanların da çoxunun bilmədiyi şübhəli şeylər vardır. Müttəqi və zahid odur ki, bu şübhəli şeylərdən də çəkinsin. Bunlardan çəkinən, dinini və ismətini qorumuş olar. İnsan bir qoruğun ətrafında qoyun otaran çoban kimi olmalıdır. Hər an qoruq sahəsinə keçmə təhlükəsi ilə qarşı-qarşıya olan, minalanmış tarlada gəzən bir insan kimi ayıq-sayıq və həssas olmalıdır. İnsanda bir ət parçası vardır. Bu ət düzgün və sağlam olarsa, bədən də sağlam olar, pozularsa, bütün bədən pozular. Diqqət edin, bu, ürəkdir. “

 Bəzən namaz qılmaq nəfsimizə ağır gəlir. Namazdan sonra üç-beş dəqiqə çəkən təsbihatı gözümüzdə böyüdür, tənbəllik ucbatından tərk edirik. Bu laqeydliyin bir səbəbi məhz haramlara qarşı həssas olmamağımızdır. Bəs görəsən, ruhumuzun ibadətdən zövq almamasını, hətta ibadətlərin gözümüzdə adiləşməsini başqa nə ilə izah edə bilərik?! İnternetdə gəzib nə dünyaya, nə də axirətə heç bir faydası olmayan mənasız şeylərə saatlarını sərf edən bizlər gündə bir neçə səhifə Quran oxumağa vaxt ayırmırıqsa, bu təzadla vicdanımız necə barışır?!

Dərədə üzən alma

Haram loğma mövzusunda həssas davrandığı üçün hekayəsi dillərə dastan olan məşhurlardan biri də İmam Əzəm Əbu Hənifə Həzrətlərinin atası Sabitdir. O möhtərəm şəxsin harama qarşı böyük bir həssaslığı vardı. Onun haqqında belə bir mənqibə rəvayət olunur: Sabit bir gün dəstəmaz almaq üçün bir dərə kənarına gəlir. Bu vaxt suda bir alma görür. Dəstəmaz alandan sonra “Onsuz da suda çürüyüb gedəcək” deyə düşünür və almanı götürüb yeyir. Bir müddət sonra tüpürcəyində qan izi görür. İndiyə qədər belə bir hala şahid olmadığı üçün tüpürcəkdəki qanın bu almadan olduğunu təxmin edir. Yediyinə min peşman olur. Almanın sahibini tapıb halallaşmaq üçün dərə boyunca üzü yuxarı yola düzəlir.  Nəhayət, bağ sahibini tapır və halallıq istəyir.

 Bağ sahibi halallıq vermək üçün şərt qoyur: “Mənim kor, kar, dilsiz və şikəst bir qızım var. Onunla evlənməyə razı olarsan, almanı sənə halal edərəm”. Sabit Həzrətləri axirətə qul haqqı ilə getmək  qorxusundan tir-tir titrədiyi üçün bu təklifi dərhal qəbul edir. Toy hazırlıqları görülməyə başlanır. Sabit Həzrətlərinin toy gecəsi gərdəyə girməsi ilə çıxması bir olur. Dərhal qayınatasının yanına gələrək təəccüblə soruşur: “Bir səhv var, yəqin, içəridə sizin bəhs etdiyiniz xüsusiyyətlərdə bir qız yoxdur?” Qayınatası təbəssüm edərək: “Oğlum, qız mənimdir. Sənin halalındır. Mən sənə kor dedimsə, demək istədiyim odur ki, o heç vaxt harama baxmayıb. Kar dedimsə, o, heç vaxt haram olan bir söz eşitməyib. Dilsiz dedimsə, o, heç vaxt haram olan bir şey danışmayıb. Şikəst dedimsə, o, heç vaxt harama tərəf bircə  addım da atmayıb. Var get məhrəminin yanına, Allah Təala sizi məsud, ailənizi mübarək etsin”, – deyir. Bəli, məhz bu cür halal-haram həssaslığı ilə qurulan ailədən, yəni belə pak ana və atadan İmam Əzəm Əbu Hənifə Həzrətləri kimi bir şəxsiyyət dünyaya gəlir.

Qalanını özümüz düşünək…



Açar sözləri

halal haram marka

Bənzər məqalələr

Oğurluq malı almaq olarmı?

Oğurlanan və ya qəsb edilən mal əmanət hökmündədir. Bu mal qorunmalı və sahibinə qaytarılmalıdır. Belə ki, malın əsl sahibi malının ona aid olduğunu isbat etdikdə onu oğrudan və qəsbkardan ala bildiyi kimi, malın satıldığı şəxsdən də almağa ixtiyarı var.

Haramla məkruh arasındakı fərq

Sual: Haramla məkruh arasındakı fərq nədir? Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir.

Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

Nərd oynamaq günahdır?

Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir” buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.

Halal qazancın əhəmiyyəti

Səhabə Ənəs ibn Malik Rəsuli-Əkrəmə: “Ya Rəsulallah! Dualarımın qəbul olunmasını istəyirəm. Mənə bunun yolunu göstərərsinizmi?” – demiş, Peyğəmbərimiz (s.ə.s) də: “Ənəs! Halal qazan, duan qəbul olunar. Çünki insan ağzına haram bir loğma apararsa, duası qırx gün qəbul olunmaz”, – buyurmuşdu.


Şərh yaz