271 dəfə oxunub ,   0 şərh   Çap et

“Nəfl” kökündən yaranan nafilə kəlməsi (cəmi nəvafil) lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; yaxın mənalı “nəfəl” sözü isə qənimət və ianə mənasında da istifadə olunur. Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir. (Təhanevi, Kəşşaf, II, 1325). Quranı Kərimdə “qənimətlər” mənasında “nəfəlin”  cəm forması olan “ənfal”  iki yerdə keçir. (bax: Ənfal 8/1)  bir digər mənası  “nəvə” Ənbiya surəsi (21) 72-ci ayədə nəvə mənasında işlənir. Çünki nəvə insanın uşaqlarına nisbətlə əlavə bir hədiyyədir. İsra surəsi (17) 79-cu ayəsində isə əlavə ibadət mənası daşıyır. Təhəccüd namazı Allah rəsulu (s.ə.s) fərz buyurulurkən, sıravi insanlara əlavə savab qazandıran ibadətdir.  Allah rəsulun (s.ə.s) hədislərində isə fərz və vacib olmayan ibadətlər nafilə və ya  tatavvu kəlmələri ilə ifadə olunur. (Buxari, Təhəccüd, 5, 27; Müslim, “Musafirin”, 94; Əbu Davud, Təṭəvvu, 1)

Əskikləri tamamlayar
Nafilə ibadətlər,  fərz ibadətlərdə yarana biləcək əskiklərin yerini doldurmaq yerinə yetirilir. Fərz ibadətlərlə yanaşı nafilə ibadətlər mənəvi və ruhi həyatımızda meydana gələn müxtəlif yaraların üstünü bağlayar, günahlara kəffarə olar. Əskik olan fərz ibadətləri tamamlayıcı olduğu üçün cənnətə də girməmizə vəsilə olar. Allah Rəsulunun (səllallahu əleyhi və səlləm), bu həqiqəti belə ifadə edir. Hureys ibn Kabisa (r.a) rəvayət edir.
“Mədinəyə gəldim və “Ey Allahım! Mənə saleh bir yoldaş nəsib elə!” deyə dua etdim. Bu sırada Əbu Hüreyrə (r.a) yanıma oturdu.  Ona, “mən, Allaha mənə saleh bir yoldaş nəsib elə” dua elədim. Mənə, Rəsulullahdan eşitdiyi bir hədisi anlat. Bəlkə, Uca Allah dediyin sözdən faydalanmaq nəsib edər faydalanmamı nəsib edər”, dedim. Bunun üzərinə dedi ki: “Mən, Rəsulullahın (s.ə.s) belə dediyini eşitdim: “Qiyamət günü, insan əməlləri arasında öncə namazın hesabını verəcək. Bu hesab gözəl olarsa qurtuldu deməkdir. Hesab əskik çıxarsa nəticəsi xüsran, ziyan olar. Əgər fərzində əskik çıxarsa Rəbb Təala: “Baxın görün, bəndəmin (əməl dəftərinə yazılmış) nafiləsi varmı?”- deyəcək. Beləcə, fərzin əskikləri nafilə ilə tamamlanacaq. Sonra digər əməlləri de bu minval üzrə hesablanacaqdır.” geçirilecektir.” (Tirmizi, Səlat 305; Nəsəi, Səlat 9; İbn Macə, İqamə 202)

Allaha yaxınlaşmağa vəsilə olur
Nafilə ibadətlər Allaha yaxınlaşmağa, Onun rizasını daha çox qazanmağa vəsilə olur. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Allah Təala belə ferman buyurdu: ‘Kim, mənim vəli quluma düşmənçilik edərsə mən də ona müharibə elan edərəm. Qulumu mənə yaxın edən şeylər arasında ən çox xoşuma gedəni, ona fərz qıldığım şeyləri əda etməsidir. Qulum mənə yaxlaşmasını nafilə ibadətlərlə davam etdirir, sonunda sevgimi qazanar, onu səvərəm. Onu bir sevdimmi artıq mən onun eşidən qulağı, görən gözü, tutan əli olaram. Onu həmişə xeyir istiqamətinə yönəldərəm.  Məndən bir şey istəsə verərəm, məndən sığınacaq istəsə onu himayəmə alar, qoruyaram.” (Buxari, Riqaq 38; Əhməd ibn Hənbəl, Müsnəd 6/256)
Bəli, insan, nafilə ibadətlər ilə Allaha yaxınlaşar, Onun sevgisinə nail olar. Allah (Cəllə cəlaluhu) bir insanı sevərsə onu başqalarına da sevdirər. Allah Rəsulu (s.ə.s) bu haqda belə buyurur: “Allah bir qulu sevdimi Cəbrayıla, ‘Allah filan bəndəsini sevir, onu sən də sev!’ deyə səslənir. Onu Cəbrayıl da sevər. Sonra Cəbrayıla (ə.s), səma əhlinə, ‘Allah filankəsi sevir, onu siz də sevin!’ deyər. Bunu eşidən səma əhli o şəxsi sevməyə başlayar. Sonra həmin şəxsə qarşı yer üzündə insanların qəlbinə sevgi dərc olunur. Allah (Cəllə cəlaluhu), bir insandan nifrət edərsə Cəbrayıla, ‘Mən filankəsə nifrət edirəm, sən də nifrət elə !’ deyər. Həmin şəxsə Cəbrayıl da nifrət etməyə başlayar. Sonra Cəbrayıl (ə.s) səma əhlinə səslənər: Allah filan şəxsdən nifrət edir. Siz də nifrət edin. Daha sonra yer üzündə həmin şəxsə qarşı insanlar arasında nifrət oyanır.” (Buxari, Yaradılış, 6, Ədəb 41, Tövhid 33; Müslim, Birr 157)

Nə qədər şükür etsək azdır
Həzrət Aişə (r.anha) rəvayət edir. Rəsulullah (s.ə.s) gecə ayaqları  şişənə qədər namazı qılardı. Bir gün: “Nə üçün belə edirsən (özünə bu qədər əziyyət verirsən), ey Allahın Rəsulu? Axı Allah sənin keçmiş və gələcək xətalarını bağışlamışdır,”- dedim. Cavabında: “ َفَلاَ أُحِبُّ أَنْ أكُونَ عبْداً شكُوراً؟ Şükür edən qul olmağı istəməyimmi?” dedi. (Buxari, Təfsir (48) 2; Müslim, Münafiqlər 81)
Allah Rəsulundan (s.ə.s) gələn başqa bir rəvayətdə: “Hər gün, sizin hər bir oynağınız üçün bir sədəqə  lazım gəlir. Hər təsbeh (Sübhanallah) bir sədəqədir. Hər təhmid (Əlhəmdüllah) bir sədəqədir, hər təhlil (lə iləhə illallah) bir sədəqədir. Yaxşılığı əmr etmək sədəqədir. Pis işlərdən çəkindirmək sədəqədir. Bir şəxsin quşluq vaxtı qılacağı iki rükət namaz bütün bu sədəqələrə kafi gəlir.” (Müslim, Səlatul-musafirin 84.) hədisin fərqli rəvayəti isə bu şəkildədir. “İnsanların hər bir oynağı üçün hər gün bir sədəqə lazımdır. İki nəfər arasında ədalətlə hökm vermək sədəqədir. Miniyinə minmək istəyən şəxsə yardım edərək mindirmək yaxud yükünü miniyinə yükləmək sədəqədir. Gözəl söz sədəqədir. Namaz için məscidə gedərkən atılan hər adım bir sədəqədir. Gəlib keçənlərə əziyyət verən şeyləri yoldan qaldırmaq da sədəqədir.” (Buxari, Sülh 11, Cihad 72, 128; Müslim, Zəkat 56)
Bəli, insan vücudunda bir rəvayətə görə 360 oynaq var. (Müslim, Zəkat 54)  Bunların düzənli bir şəkildə çalışması və insanın onlar sayəsində rahat şəkildə əyilib-qalxması ayrı bir nemətdir. Bel nahiyəsində, dizində yırtığı olan xəstələr əyilib qalmaqda necə çətinlik çəkirlər. Əllərimiz oynaqlar olmasa, hərəkətsiz tək sümükdən ibarət olsaydı necə çətinlik çəkərdikİnsan sadəcə gözünü açıb bağlasa həyatının sonuna qədər bunu etməkdə çox əziyyət çəkər, bir nöqtədən sonra bitab düşər. Göz sinirləri iflic olan xəstə saatlar keçir ancaq gözünü qırpa bilmir. Yatanda belə göz qapaqları bağlanmır. Əl ilə gözləri açıb bağlayırlar. . Bəli, başdan ayağa nemətlərlə əhatə olunmuşuq. Bəs digər orqanlar. Göz, qulaq, dil, dodaq və s. Bunları hər biri bəxş edilən nemət və heç birini özümüz qazanmadıq. Hər biri ayrı-ayrı şükür istəyir.

Günahları silməyə vəsilə olar
Nafilə ibadətlər, insanın bəzi günahlarına kəffarə olar, ona dərəcə qazandırar. “Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər.” (Furqan, 25/71)

Dərəcələri artırır
Cənnətdə Rəsulullaha qonşu olmağa vəsilə olan ibadət.  Rabia ibn Kab (r.a) rəvayət edir: “Allah Rəsulunun (s.ə.s) qapısında gecə dayanar, ona dəstəmaz almaq üçün su hazırlayar, ehtiyacı olan işləri görərdim. Gecə bir müddət: “Səmiallahu li-mən hamidəh”, bir müddət də: “Əlhamdu lilləhi Rəbbil-aləmin” dediyini eşidərdim. (İbn-i Sad, IV, 313)
Bir gün Allah Rəsulu:
– Məndən dilədiyin şeyi istə! -dedi. Mən:
– Cənnətdə Səninlə bərabər olmaq istəyirəm.- dedim. Rəsulullah (s.ə.s)   –Başqa bir şey istəsən olmazmı?-buyurdu. Mən dedim:
– Arzu-diləyim ancaq budur! Bunun üzərinə Allah Rəsulu:
– Elə isə çox səcdə edərək özün üçün mənə kömək elə!”-dedi. (Müslim, Səlat, 226) Səcdədən məqsəd, ümumiyyətlə namazdır. O halda Cənnətə girib orada Allahın Həbibinə qonşu olmaq istəyən şəxs, çoxlu namaz qılmalıdır.
Fərz namazlar xaricində 12 rükət namaz. Ümmü Həbibə (r.anha) rəvayət edir: Allah Rəsulu buyurdu: “Kim hər gün fərz namazlar xaricində on iki rükət nafilə namaz qılarsa Allah onun üçün Cənnətdə mütləq bir ev inşa edər.” Bu müjdəni Allah Rəsulundan (s.ə.s) eşitdiyim gündən bəri bu namazları heç tərk etmədim.” (Müslim, Musafirin, 103)
“Hər gecə, Rəbbimiz gecənin son üçdə biri girincə, dünya səmasına enər.“Kim mənə dua edərsə ona cavab verərəm. Kim məndən bir şey istəyərsə onu verərəm. Kim mənə istiğfar edərsə onu məğfirət edərəm,”- deyər.” (Buxari, Təhəccüd 14, Müslim, Səlatul-musafirin 168-170)

Nafilə namazlar. Dərəcələri cəhətdən nafilə namazlar sünnət, məndub, müstəhəb kimi qisimlərə ayrılır. Allah Rəsulunun (s.ə.s) davamlı qıldığı və insanlara qılmağa tövsiyə etdiyi namazlar: Bunlar beş vaxt namazın sünnətləri, təhəccüd namazı, düha namazı, cümə namazının sünnətləri, Ramazan gecələrində qılınan təraveh namazı və s. Müəyyən şərtlərə bağlı qılınan namazlar: yağmur namazı, günəş və ay tutulması zamanı qılınan namaz, səfərə çıxarkən və dönərkən qılınan namaz, tövbə, tavaf, ihram, istixarə, məscid salamlama namazları, hacət namazı, dəstəmaz və qusul aldıqdan sonra qılınan namaz, təsbeh namaz və s.  Nafilə namazlar yorğunluq və yaşlılıq kimi hallarda oturaraq qılına bilər.
Allah Rəsulu (s.ə.s) bu namazların neçə rükət qılınacağı ilə bağlı rəvayətlər gəlmişdir. Rəsulullah gecələri ən çox səkkiz rükət namaz qılmışıdır. Ona görə namazda rükət sayından daha çox dərinliyinə önəm vermək lazımdır. Yəni mümkün qədər qiraəti, rükunu, səcdələri uzun tutmaq lazımdır. Nafilə namazlarda qarşıda bir yerə qoyaraq baxaraq üzündən Quran oxuna bilər.

Nafilə oruclar. Həftənin birinci və dördüncü günü tutulan oruc, eyymaı-biz deyə adlanan qəməri ayların on üç, on dörd, on beşinci günləri tutulan oruc, məhərrəm ayının doqquzu, onu, on biri günü tutulan aşura orucu, zilhiccə orucu, şəvval orucu kimi tutula biləcək nafilə oruclar var. İnsanın sağlamlığını zərərə verən, onu  zəif düşürən, ailəvi və ictimai vəzifələrinə xələl verən hallarda nafilə oruc tutmaq uyğun görülməmişdir.

Nafilə sədəqə. Zəkat maliyyə ibadətidir. Nisab miqdarını keçən hər bir şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.  Bunun xaricində nisab miqdarına baxmadan varlı-kasıb hər kəsin əda edə biləcəyi maliyyə ibadətləri vardır Bunlara sədəqə, infaq deyilir. Bununla yanaşı qarzı- həsən olaraq borc vermək, borclunun alacağını bağışlamaq və s. nafilə ibadət sayılır.

Nafilə həcc və ümrə ziyarəti də insanın Allaha yaxınlaşması, onun savab qazanması üçün vəsilə olan ibadətlərdir. Ömürdə bir dəfə həccə getmək fərzdir. Bunu xaricində Beytullaha ziyarət qəsdi ilə edilən ibadət ümrə və nafilə həcc sayılır.




Bənzər məqalələr

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Aşura orucu

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.

Qəlb və ruhun zinəti əvradu-əzkar

Allahın rizasını qazanmaq məqsədilə əvvəlcədən müəyyən edilib mütəmadi işlənən əmələ (ibadətə), və ya edilən zikrə vird deyilir.


Şərh yaz