10. 231 dəfə oxunub ,   0 şərh   Çap et

Rəbbimiz (cc) bizlərə Rasulullah (sallallahu əleyhi və səlləm) vasitəsi ilə göndərmiş olduğu Uca Kitabında namaz qılmağı əmr etmiş və bu əmri bir çox dəfə təkrarlamışdır. Lakin namazın necə və nə vaxt qılınacağı ilə əlaqəli sarih (açıq ifadələrlə)  ayə endirməmiş, bunu yaşayan Quran olan Əfəndimiz (sallallahu əleyhi və səlləm) vasitəsiylə bizlərə tətbiqi olaraq öyrətməyi murad etmişdir. Zatən Sünnənin funksiyalarından biri də Quranı Kərimdə mücməl buraxılan xüsüsları bəyan edib, genişlədərək bizlərə çatdırmaqdır. Bu yönü ilə dinin əsli qaynağı kimi Sünnəyi  Qurandan ayrı tutmaq olmaz.

 Hədislərə keçmədən dini yöndən namaz qılmanın məkruh sayıldığı vaxtlara nəzər salaq. Mövzumuzla əlaqəli hədislərdə vurğulanan vaxtları nəzərə alaraq alimlər başlıca beş məkruh vaxtdan bəhs edər:

1) Günəşin doğmasından bir mizraq boyu, yəni beş dərəcə yüksəlməsinə qədər olan vaxt.

2) Günəşin təpə, zenit nöqtəsində olduğu vaxt ki, ondan sonra qərbə doğru meyl etməyə (zavala) başlayar.

3) İlkindi vaxtı günəşin saralaraq gözləri qamaşdırmadığı vaxtdan başlayaraq batdığı ana qədər davam edən vaxt aralığı.

4) Fəcri-sadiqin başlamasından günəşin doğacağı zamana qədər olan vaxt.

5) İkindi namazının fərzi qılındıqdan günəşin batmasına qədər olan vaxt.

Yuxarıda sadalanan vaxtlar üçün iki hökm vardır:

* İlk üç kərahət vaxtında nə qəzaya qalmış fərz namaz, nə vitr kimi vacib namaz, nə də daha öncədən hazırlanmış olan bir cənazənin namazı qılınar. Oxunmuş bir səcdə ayəsinin də tilavət səcdəsi də bu vaxtlarda edilməz. Bu qadağaya riayət edilmədən qılınan namazların iadəsi, təkrar qılınması gərəkdir.

* Bu üç vaxtda nafilə namaz da qılınmaz. Nafiləyə başlanmış isə pozulur, sonra iadə edilməsi daha fəzilətlidir. Çünki niyyət edildiyi halda qıla bilməmişik.

Bu üç vaxtda atəşpərəstlər ibadət etdiyi üçün məkruh olduğunu bildirən hədislər vardır.

* Diğər iki kərahət vaxtında isə yalnız nafilə namaz qılmaq məkruhdur. Fərz və ya vacib bir namazın qılınması məkruh deyildir, qılına bilər. Cənazə namazı qılınması, tilavət səcdəsinin də edilməsi məkruh deyildir. Bu iki vaxtdan birində başlanmış olan nafilə namaz əgər kərahətdən qurtulmaq məqsədi ilə pozulmuş isə, kərahət vaxtı çıxdıqdan sonra qəza etmək vacibdir, çünki nafilə bir ibadət niyyət edilib başladıqdan sonra pozularsa iadəsi, təkrar edilməsi vacibdir.

* Günəşin batması əsnasında sadəcə o günün ikindi namazı qılına bilər. Daha öncədən qəzaya qalan hər hansı bir namazı qılınmaz. İkindi namazını kərahət vaxtına qədər saxlamamaq lazımdır. Ancaq gecikmişsə ilkindi namazının fərzi qılınmalıdır. Çünki namazı kərahət vaxtına buraxmaq məkruh, qəzaya buraxmaq isə haramdır.

* Günəşin doğmağa başlaması ilə bütün namazlar görə fasid olur. Fəqət günəşin batmasına təsadüf edən ikindi namazı fasid olmaz. Çünki sübh namazının vaxtının çıxmasından fərqli olaraq ilkindinin vaxtının çıxması ilə yeni bir namazın vaxtı girmiş olur.

* Günəş batdıqdan sonra axşam namazı qılmadan nafilə qılmaq məkruhdur.

* Cuma günü, imam xütbə oxuyarkən nafilə qılmaq məkruhdur.

* Bayram namazlarından əvvəl (çünki kərahət vaxtına düşür) və bayram xütbələri oxunarkən nafilə namaz qılmaq məkruhdur. Eyniylə küsuf, istiska (yağmur duası) və həcc xütbəsi oxunarkən namaz qılmaq məkruhdur, həmin vaxtlarda xütbələr dinlənməlidir.[1]

Uqbə b. Amirin (r.a) rəvayət edir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) bizə bu üç vaxtda namaz qılmağı və ölülərimizi dəfn etməyi qadağan etdi: Günəşin doğuşundan yüksəlməsinə qədər, günəş təpə nöqtəsinə gəldiyi andan (zenit nöqtəsi)  qərb istiqamətinə doğru meyl edənə qədər və günəşin batmağa meyl etdiyi andan tam batana qədər.”[2]

İbn Ömər (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) buyurdu ki: “Heç biriniz, günəşin doğması və batması əsnasında namaz qılmasın”.[3]

Ebu Qatadə (r.a) anladır: “Rəsulullah (s.ə.s) cümə günü xaric, günorta vaxtı (nisfun-nəhar) namaz qılmağı məkruh sayardı və deyərdi ki: “Cəhənnəm, cümə günü xaric (hər gün o vaxtda) coşdurulur (alovları gurlanır)”[4].

Bu hədisə əsaslanaraq bəzi alimlər cümə günü məscidə girərkən məscidu-təhiyyat (məscid salamlama) namazı qılına bilər demişlər.

 İbn Ömər (r.a) rəvayət edir : Rəsulullah (s.a.v) belə buyurdu: “Günəşin ucu görünüb tam doğuncaya qədər qılacağınız namazı gecikdirin. Günəş batmağa başlayıb tamamı ilə batıncaya qədər də namaz qılmağı gecikdirin”. Bu vaxtlar günəşə tapanların ibadət anlarıdır.[5]

Amr b. Abəsənin (r.a) rəvayətinə  görə: Rəsulullaha (s.ə.s): “Ey Allahın Rəsulu! Gün ərzində  Allaha qürbiyyəti (yaxınlığı) əldə edə biləcəyim bir vaxt vardırmı? Və ya ibadət üçün tərcih oluna biləcək bir saat, vaxt varmı?” deyə soruşdum. Rəsulullahda (s.ə.v): “Bəli, var” dedi və belə devam elədi: “İnsanın, Allaha ən yaxın olduğu vaxt; gecənin sonlarına doğru olan vaxtdır. O saatlarda Allahı zikr edənlərdən olmaq istərsən (çalış) ol. Çünkü günəş doğuncaya qədərki o vaxtlarda qılınacaq namaza mələklər gələr və xüsusi şahidlik edərlər. Günəş, şeytanın iki buynuzu arasından doğar, o saat günəşə tapan kafirlərin dua və ibadət saatıdır. Günəş bir mizraq boyu yüksəlib yaxşıca işıq saçmaya başlayana  qədər namaz qılmayın. Sonra günorta vaxtı mizraq boyu günəş yüksəlincəyə qədər qılınan namazda da (düha namazı) mələklər hazır olar və şahidlik edərlər. Günəş təpədə ikən Cəhənnəm qapıları açılar və atəşin hərarəti artar. O anlarda da namaz qılmayın, günəş qərb tərəfinə meyl edibkölgə uzanana qədər gözləyin, namaz qılayın. Ondan sonraki günəş batıncaya qədər qılınan namazlara  yenə mələklər hazır olar və şahidlik edərlər. Çünki günəş şeytanın buynuzları arasından batar, o saat günəşə tapan kafirlərin ibadət və dua saatlarıdır[6]”.


[1] İbrahim Canan, Kutubus-Sittə, VIII, 308-309

[2] Müslim, Salatul-Müsafirin, 294

[3] Buxari, Məvaqit: 31, 30, Həcc: 73; Müslim, Müsafirin: 289, (838); Muvatta, Quran: 47, (1, 220); Nəsəi, Məvaqit: 33, (1, 277);

[4] Əbu Davud, Səlat 223,

[5]Müslim, Səlatul-müsafirin: 51; Əbu Davud, Səlat: 5

[6]İbn Macə, İqametus-Səlat: 182; Müslim, Səlatul-Müsafirin: 52




Şərh yaz