4. 912 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Mən 26 yaşdayam.Hələ həyatıma namazını oturda bilməmişəm. Heç cür edə bilmirəm..Bəzən dəstəmaz almaq çətin görünür, bəzən vaxtı problem kimi görürəm..Qılmadığım namazlara görə vicdan əzabını çəkirəm, amma heç cür qalxıb qılmıram.Özümü məcbur edirəm, olmur. Nə edə bilərəm? Allah xatirinə mənə bir yol göstərin. 20 gün qıl yoluna düşər dedilər, amma olmadı. Bir namazı qılıram, ancaq sonraki nəfsimə çətin gəlir, mən nə etməliyəm?  Sizdən kömək istəyirəm.

Cavab:Bütün iş və əməllərimizdə olduğu kimi bu mövzuda da iradə başlanğıcda çox əhəmiyyətli bir hərəkət qaynağıdır. Bəli, iradə istifadə etdikcə güclənən, gücləndikcə də yeni işlərə, əməllərə yönələn bir varlıqdır. İradəmizi bir növ akkumulyatora bənzədə bilərik. Akkumulyator dayandıqca boşalar, işlədikcə də dollar. Başqa sözlə mən bu işi edə bilmirəm, bacara bilmirəm deyən bir insanın atacağı ən qəti addım, iradəsini o istiqamətdə məcbur etməsidir. Əlbəttə daha sonra da işlər mütləq yenə iradəylə davam etdiriləcək amma xüsusilə başlarda iradənin haqqını vermək, onu məcbur etmək lazımdır;bu hal Allahın inayətinə, köməyinə bir dəvətnamə kimidir. Allah, quluna baxar; o iradəsini məcbur edirsə və niyyəti də gözəlsə onu yaxşı istiqamətə sövq edər, içinə ilham verər və əməlində müvəffəq edər. Buna görə əvvəlcə edilməsi lazım olan şey, sürpriz və sehirli bir həll yolu gözləmək deyil iradənin mahiyyətini yaxşı bilib ona yüklənmək və onu sistemli şəkildə istifadə etməkdir. Bunu edərkən, Allahın insanın mahiyyətinə qoymuş olduğu digər bəzi dinamiklərdən də istifadə edilə bilər. Məsələn kainatı təfəkkür etmək qəlbimizi cilalayar və aydınladar. Aydınlananürək də iradəyə dəstək verər. Məsələn inad duyğusu, iradəni dəstəkləmədə istifadə edilə bilər. Yəni insan şeytana və nəfsinə qarşı inadla namazını qılmağa davam etməlidir. Yenə məsələn cənnətə olan şövq, insanı ibadətə sövq edə bilər. Məsələn içinə düşdüyümüz çətinliklər, onları həlli üçün uca bir mövqeyə, Allaha yönəlmə; duyğularımızın sakit ola bilmesi üçün Allahın bzimlə birgə olduğunu dərk etmək insanı namaza meyl etdirə bilər;insan özünə verilən müsbət və mənfi yöndəki qabiliyyətlərinin hamısını namaz qılmaq üçün istifadə edə bilər.Bu sahədə yazılmış kitapları mütaliə etməliyik. Ayrıca bu dünyada var olma qayəmizi dərk edərək, öldükdən sonra başımıza gələcəkləri fikirləşərək həyatımızda namaza, ibadətlərə yer verə bilərik və s




Şərh yaz