7. 653 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Namaz qılmayan şəxsin orucu qəbul olarmı?

Bəzi kəslər, “Ya, dinimizin bütün əmrlərini edib, bütün qadağanlarından çəkinməli və ya heç birini etməməliyik” söyləyərək, “Ya hamısı, ya da heç biri” deyirlər. Bu düşüncə yanlış və səhvdir. Çünki “Hamısı edilə bilməyən ibadətin müəyyən miqdarı da tərk edilməməlidir” qaydası İslamın ümumi prinsiplərindəndir. İnsan onsuz da günah işləmişəm deyə, günah işləməyə davam etməyi doğru deyil. Həm oruc tutub, həm də günah işləyən kimsə, oruc tutmaqla hasil olan böyük savaba nail ola bilməz. Lakin axirətdə nə üçün oruc tutmadın deyə hesaba da çəkilməz. Çünki, oruc borcunu ödəmiş olar. Hətta orucun bərəkətiylə digər günahlardan da uzaqlaşa bilər. İmam Rəbbani həzrətləri buyurur ki: “Bütün günahlara tövbə edib, hamısından uzaq durmaq böyük nemətdir. Bu mümkün deyilsə, bəzi günahlara tövbə etmək də nemətdir. Bunların bərəkətiylə, bəlkə bütün günahlara tövbə etmək nəsib olar. Bir şeyin hamısını əldə etmək mümkün deyilsə, müəyyən hissəsini də qaçırmaq olmaz.”
Namazın dinimizdəki yeri, oruca görə daha mühüm olsa da, bir kimsəyə namaz qılmadığı üçün, “Oruc tutma!” demək olmaz. Əksinə, “Namaz ibadətini yerinə yetirə bilmirsənsə, heç olmasa orucu tərk etmə!” demək lazımdır.
Namaz qılmamaqla böyük günaha girən şəxs, oruc tutmasa günahı daha da artar. Günah nə qədər azaldılsa bir o qədər yaxşıdır. Allahdan qorxub bir günahdan imtina etmək imanın əlamətidir. Günah işləyən, oruc tutur və ya zəkat verirsə, ona, “Heç olmasa bunları buraxma!” demək lazımdır. Bu ibadətləri də etməsə, dindən tamamilə uzaqlaşa bilər. Qorxutmaqdan daha çox, müjdələyici, təşviqedici olmaq lazımdır.
Namaz qılmamaq böyük günahlardan olsa da orucu pozmaz. Həmçinin namaz ibadəti oruc tutmanın bir şərti olmadığından namaz qılmayanın tutduğu oruclar qəbul olunmaqdadır.



Açar sözləri

ibadət namaz pozmaz Ramazan

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.


Şərh yaz