Namazdan xaricində müəyyən vaxtlarda əzan oxuna bilər. Həmin vaxtları belə sıralamaq olar:
Uşaq anadan olandan sonra qulağına azan oxumaq məndubdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) nəvəsi Hz. Həsən (r.a) dünyaya gələndə qulağına azan oxumuşdur.[1]
Müharibədə, yanğın zamanı və ya yolçunun arxasınca azan oxumaq məndubdur.
Bərk qəzəblənən, sinir sistemi pozulan, sudurğa xəstəliyi keçirən xəstə üçün həmçinin bədxasiyyətli insanın qulağına azan oxumaq məndubdur.
Cin və şeytandan qorxan insan üçün bunların şərindən qorunmaq üçün azan oxumaq olar. Çünki şeytanın azan oxunan zaman uzaqlaşdığı müxtəlif hədislərdə bildirilmişdir.[2]
[1]Əbu Davud, Ədəb, 107; Tirmizi, Ədahi, 16; Əhməd ibn Hənbəl, VI, 9, 391, 392.
[2]Züheyli, İslam Fıkhı Ansiklopedisi., I, 561, 562.