عَنْ عَائِشَةَ قَالَتْ: سأَلْتُ رَسُولَ اللّٰهِ عَنِ الْاِلْتِفَاتِ فِي الصَّلَاةِ فَقَالَ: «هُوَ اخْتِلَاسٌ يَخْتَلِسُهُ الشَّيْطَانُ مِنْ صَلَاةِ الْعَبْدِ»
Həzrəti Aişə (r.anhə) nəql edir:
“Allah Rəsulundan (s.ə.s.) namazda başı sağa-sola çevirməyin hökmünü soruşdum. Buyurdu: “O, şeytanın qulun namazının – namaz qılmasına və ya qaydalarına riayət etməsinə mane ola bilmədiyinə görə sağa-sola baxdıraraq – bir hissəsini oğurlamaq niyyəti ilə bir növ namaz oğurluğu etməsidir”. [Buxari, Azan 93]