5. 463 dəfə oxunub ,   0 şərh   Çap et

  Namaz qılmaq üçün muəyyən şərtlər yerinə yetirilməlidir. Bunların bəzisi namazdan əvvəl icra olunmalıdır. Bunlara namazın xarici şərtləri deyilir. Namaz altı xarici şərti var.

1. Hədəsdən təharət. .

  Namaz qılmaq üçün dəstəmazsız adamın dəstəmaz alması, qüslsüz adamın qüsl etməsi deməkdir. Bu cür təmizlənmə maddi təmizlik, sağlamlığın qorunması kimi bir çox faydaları ehtiva etsə də, əsas etibarilə bir çox hikmətləri olan dini məzmunlu və ibadət məqsədli təmizlikdir. Namaz qılmaq üçün dəstəmaz almaq kiçik nəcasət, cünubluq, adət halı (heyz) və lohusallıq (zahılıq) kimi qüsl tələb edən hallar isə böyük nəcasət adlanır. .

2. Nəcasətdən təharət. .

  Nəcasətdən təharət vücudun, paltarın və namaz qılınan yerin, insan qanı və idrarı (sidik), at, qoyun kimi heyvanların idrar və peyini (sidik və nəcis) kimi dində murdar, nəcis hesab edilən şeylərdən təmizlənməsinə deyilir. Nəcasət iki cürdür: ağır nəcasət, xəfif nəcasət. .

a. Ağır nəcasət (qəliz nəcasət) insanın sidik və nəcisi, əti yeyilməyən heyvanların sidiyi, nəcisi və seliyi, toyuq, qaz və ordəyin nə85 cisi, qan, irin, sperma, məzi, vədi, ağız dolusu gələn qusuntu, şərab və digər haram ickilərdir. Bu nəcasətlərdən qatı olanların 3 qramdan çoxu, maye halında olanların isə əlin içi qədər və ondan çoxu namaza manedir. .

b. Xəfif nəcasət isə atın sidiyi, əti yeyilən ev və vəhşi heyvanların peyini, əti yeyilməyən quşların zılıdır. Bu nəcasətlər orqanın (əl, qol və s.) və ya paltarın 1/4-dən çoxuna bulaşmışsa, namazın səhihliyinə mane olur. .

3. Vücudun muəyyən yerlərinin ortulməsi. .

  Kişilərdə gobəkdən diz qapağına qədər (diz qapağı da daxil olmaqla), qadınlarda isə əl, ayaq, üz istisna bütün bədən. 4. Namaz vaxtının girməsi. .

5. Üzü qibləyə durmaq.

6. Qılınacaq namaz üçün niyyət etmək.




Şərh yaz