Mənəviyyata Açılan Pəncərə

Nə ilə iftar etməli?

Sual: Nə ilə iftar etmək lazımdır?

Oruclu şəxsin xurma və ya su ilə iftar etməsi sünnədir. Rəsulullah (s.ə.s) iftarını varsa xurma, yoxdursa su ilə açardı. Daha sonra də axşam namazını qılardı. Hz. Ənəsin (r.a) nəql etdiyinə görə: “Rəsulullah (s.ə.s) namaz qılmadan əvvəl bir neçə təzə xurma ilə iftar edərdi. Əgər təzə xurma olmasa quru xurma ilə iftar edərdi. Əgər quru xurma da yoxdursa bir neçə qurtum su ilə orucunu açardı.”[1] Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur, “Sizdən biriniz oruclu olanda xurma ilə iftar etsin. Çünki, xurmada bərəkət var. Əgər xurma tapa bilməsə su ilə orucunu açsın. Çünki, su çox təmizləyicidir.“[2]


[1] Əbu Davud, Savm, 22, (2556); Tirmizi, Savm, 10.
[2] İbn Macə, Siyam, 24; Əbu Davud, Savm, 21
Exit mobile version