4. 841 dəfə oxunub ,   0 şərh   Çap et

Bir ayədə Allah-Təala Peyğəmbərimizə xitabən: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam”, – buyurur[1]. Başqa bir ayədə isə belə bəyan edir:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nələr fısıldadığını da, nələr təlqin etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq![2]

Bu ayələrdən də göründüyü kimi, Haqq-Təala hər an hər yerdədir və bəndələrinə nəzarət etməkdədir. İnsanlara çox yaxındır. Lakin məkandan xalidir, yəni heç bir məkanda deyildir. Bu həqiqət bir çox insanın beynini qurcalayır və ağıla “Necə olur ki, Allah həm hər yerdədir, həm də məkandan uzaqdır? Allah insana yaxın olduğu halda, insanın Allahdan uzaq olması nə deməkdir?” kimi suallar gətirir.

Elm inkişaf etdikcə bu cür sualları cavablandırmaq daha da asanlaşır. Çünki müasir dövrdə bir şeyin bir çox yerdə görünməsinə dəfələrlə şahid oluruq. Məsələn, televizoru götürək. Aparıcı studiyada olsa da, televizor olan hər evdə görünür və səsi eşidilir.

Bir başqa misal: bir cismin ətrafına güzgü düzsək, eyni anda hamısında görünər. Güzgülərin sayı artdıqca görüntülərin də sayı artar. Cism bir ədəd olduğu halda, minlərlə görüntüsü ola bilir. Məsələn, göy üzündən asılmış işıq və istilik mənbəyi günəş bir dənədir, amma yer üzündəki milyardlarla parlaq, şəffaf əşyalarda, hətta su damlalarında işığı, istisi və yeddi rəng çaları ilə özünü göstərir. Günəş bir ədəd və milyonlarla kilometr uzaqda olmasına baxmayaraq, işığı və istiliyi ilə bizə çox yaxındır və milyardlarla əşyada əks olunur.

Günəş kimi aciz və xidmətkar bir varlıq işığı, istiliyi və əksi ilə bir çox yerdə görünə, azacıq iradəsi ilə çox iş görə bilirsə, materiya sərhədlərinin fövqündə duran, işığın həqiqi mənbəyi olan Zat iradə, elm, qüdrət, rəhmət kimi isim və vəsfləri ilə hər yerdə ola bilməzmi? Kainatda ən kiçik zərrəni belə, Onun elmindən, qüdrət və rəhmətindən uzaqda təsəvvür etmək mümkünmü?

Allah elmi ilə ən gizli şeyləri və yardıma möhtacları bilir, rəhmət və qüdrəti ilə onların imdadına yetişir. Allah-Təala Rəhman, Rəhim və Rəzzaq isimləri ilə bütün xəlq etdiklərinə arxa-dayaq olur, onların ruzisini verir, Şafi ismi ilə də dərdlərinə dəva edir.

Allah hər şeyə çox yaxın olduğu halda, hər şey Ondan sonsuz uzaqlıqdadır. Günəş maddi olmayan əksi ilə, yəni istiliyi və işığı ilə insana göz bəbəyindən də yaxındır. İnsan isə materiyadan asılı olduğuna görə günəşdən olduqca uzaqdır. İnsan günəşə yaxınlaşmaq üçün yer üzü məkanını tərk edib milyonlarla kilometr yol qət etməlidir. Bunun kimi, Allah insana yaxındır, insan isə Ondan son dərəcə uzaqdır.


[1] “Bəqərə” surəsi, 2/186.

[2] “Qaf” surəsi, 50/16.

 



Açar sözləri

Allah məkan yer

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.

Gecənin nurlu üzü − Ay

“Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) müfəssəl izah etdik.”


Şərh yaz