29. 583 dəfə oxunub ,   0 şərh   Çap et

Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir[1] buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.

Alimlər nərdin haram olması haqqında ittifaq etmişlər. İstər qumar niyyətiylə olsun, istərsə də vaxt keçirmək niyyətiylə olsun hər iki halda nərd oynamaq haramdır. Çünki, bunu etmək Allah və Rəsuluna (s.ə.s) üsyandır.

 Bu haqda Peyğəmbərimizdən (s.ə.s) nəql edilən hədislər bunlardır: “Nərdə oynayan, əlini donuz ətinə və qanına batırmış kimidir.[2]Nərd oynayan şəxs, Allaha və Rəsuluna üsyan etmişdir.[3]Zər (kiab) ilə oynayan insan Allah və Rəsuluna üsyan etmişdir.[4]Nərd ilə oynayıb, sonra namaz qılmağa duran şəxs, irin və donuz qanı ilə dəstəmaz almış və namaz qılmış kimidir.[5] Son iki hədisin sənədi zəifdir.

İslam alimləri də hədislərdən və səhabələrin bu mövzudakı həssaslığına əsaslanaraq nərdin haram olduğunu bildirmişlər.

[1] Əbu Davud, Ədəb 56; İbn Macə, Ədəb 43; Muvatta, Röya 6.

[2] Müslim, Şir, 10; Əbu Davud, Ədəb, 56.

[3] Əbu Davud, Ədəb, 56; İbn Macə, Ədəb, 43.

[4] Şövqani, Nəylul-əvtar, VIII, 94.

[5] Şövqani, Nəylul-əvtar, VIII, 94.



Açar sözləri

haram nerd nerd oynamaq nərd zər

Bənzər məqalələr

Haramla məkruh arasındakı fərq

Sual: Haramla məkruh arasındakı fərq nədir? Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir.

Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

Qızıl, gümüş və ipəyin hökmü nədir?

Sual: Qızıl, gümüş əşyalar və ipək paltarın istifadəsində hər hansı məhdudiyyət varmı?   İnsanın tarix boyunca qızıl, gümüş, ipək, almaz kimi qiymətli əşyalara heyranlığı bilindiyi üçün Quranda cənnət həyatının təsvirində bu kimi əşyalara əhəmiyyət verilmişdir.[1] Hz. Peyğəmbərin hədislərində hər dövrdə bəzək əşyası kimi öz əhəmiyyətini qoruyub saxlayan qızıl, gümüş və ipək paltardan istifadə etmə ilə əlaqədar […]

Nə yeyirik, haradan yeyirik?

Bu günlərdə gündəmi məşğul edən ən əsas məsələlərdən biri halal qida mövzusudur. Əslində nə yediyimiz qədər haradan yediyimiz də əhəmiyyət kəsb edir. Aldığımız maaşa layiq olmaqdan tutun, qazancımızı boş yerə xərcləyib israf etməyə qədər bir çox məsələ birbaşa olmasa da, dolaylı yolla haram sayılır.

Şükür edən zənginin və halal qazanıb lazımi yerlərə sərf edənlərin fəziləti

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə “fəzilət” məqamına çata bilməzsiniz.


Şərh yaz