Sual: 2007-ci ildə bir yol qəzası keçirdim və həbsxanaya düşdüm. “Əgər həbsxanadan çıxsam qurban kəsəcəm” − deyə əhd etdim. Lakin qəza keçirdiyim zaman borcum çox idi və buna görə də əhd elədiyim qurbanı kəsə bilmədim. Həmişə özümü bir yükün altında hiss edirəm. Əhdin gec yerinə yetirilməsinin hər hansı qorxusu varmı?
Cavab: Əslində nəzirin həm müəyyən bir vaxtı var, həm də yoxdur. Yəni, əgər siz nəzirinizi hər hansı bir vaxtda yerinə yetərəcəm deyə əhd etmisinizsə, həmin əhdi mütləq dediyiniz vaxtda yerinə yetirməlisiniz. Lakin müəyyən zaman bildirmədən əhd etmisinizsə, bu əhdi istədiyiniz vaxt yerinə yetirə bilərsiniz. Çünki, əhd edərkən hər hansı zaman bildirməmisiniz.
Əhd edərkən həbsxanadan çıxdıqdan sonra hər hansı bir vaxta qədər yerinə yetirəcəm deyə əhd etməmisinizsə, bu təqdirdə əhdinizi istədiyiniz vaxt yerinə yetirə bilərsiniz. Ancaq bu əhdinizi əliminzə imkan düşən kimi gecikdirmədən etsəniz bu daha yaxşı olar və siz də məsuliyyətdən qurtulmuş olarsınız. Deyilən əhdi yerinə yetirmək vacibdir.