Mənəviyyata Açılan Pəncərə

Nişan pozulduqda verilən hədiyyələr geri alına bilərmi?

Oğlan tərəf nişanlılıq dövründə mehrin hamısını və ya bir hissəsini vermişsə, nişan pozulduğu təqdirdə, verilən hədiyyələr qalıbsa, eynilə qaytarılmalı, əks halda dəyəri geri alına bilər. Həmçinin, hədiyyə olaraq verilən əşyalar da, əgər qalıbsa, eynilə geri verilər. Ancaq bunlar istehlak olunmuşsa, burada hibə (bağışlama) hökmləri tətbiq olunur və geri qaytarılmaz.

Şafei məzhəbinə görə isə, təbərrü (hibə, bağışlama, sədəqə) məqsədilə verilməyən hər bir əşya qaytarılır, eləcə də istifadə olunsa belə, onun dəyəri ödənilir.[1]


[1] Ömər Nəsuhi Bilmən, “Hukuk-u İslamiyye ve Istılahat-ı Fıkhiyye Kamusu”, IV, 262.
Exit mobile version