7. 590 dəfə oxunub ,   0 şərh   Çap et

“Ölmədən əvvəl ölün,” – buyurulur.[1] İnsan özünün aciz, dünyanın aldadıcı, axirətin isə çox yaxın olduğunu ancaq öləndə anlayır. Bu kəlam bizi ölmədən əvvəl ölümü düşünüb, dərk edib əməllərimizi düzəltməyə, günahlardan uzaqlaşıb daha çox savab qazanmağa çağırır. Sözün əsl mənasında, ölümdən öncə ölməyi ancaq seçilmiş insanlar bacarırlar. Bu əmri dinləyən, qavrayan insan dünyanı müsafirxana, vücudunu isə bir əmanət bilər. Ruhunu və qəlbini maddi dünya bataqlığında batırıb bada verməz.

 Dünya həyatının sona çatması ilə yeni həyat başlayır. Orada bu ömrün, bu canın, bu nemətlərin hesabı soruşulacaq. Ona görə də sağlığında axirətə hazırlaşan, özünü sorğu-suala çəkib əməllərini nizama salan insan ölüm gəlmədən ölmüş sayılır. Ölümün gəlişi ilə digər orqanlarla yanaşı, göz və dil də alınır. İnsan orada  artıq oxumaq və danışmaq nemətlərindən məhrum olur. Bunları düşünərək axirətdə faydalı olanları burada öyrənən insan, demək ki, ölmədən əvvəl ölməyi bacarmışdır. Ölən insan üçün dünyada nə tərifin, nə də qınağın bir faydası var. Sağlığında belə fikirlərinə əhəmiyyət verməyən, Haqq yolda qınayanın qınağından qorxmayan “var-dövlətə sevinməyib, yoxsulluğa üzülməyən” insan da ölmədən əvvəl ölmüş sayılır.

İnsan ölümlə Haqqa dönür. Ölmədən əvvəl ölənlər elə bu dünyada Haqqa dönər, Onun yolunu tutar, ilahi əmrlərdən kənara çıxmaz, Allahın mərhəmətinə pənah aparar, qəzəbindən qorxarlar. Bu bəxtiyar insanlar axirətdə də alnıaçıq, üzüağ Allaha qovuşar və ilahi ehsanlarla qarşılanar.

Ölümlə cüzi iradənin ömrü də sona çatır. Elə isə ölmədən öncə ölənlər nəfsani arzularını tərk etməyi bacarıb Allahın küllü iradəsinə tabe olarlar. Nəfsləri üçün bir şey istəməzlər. Halal çərçivəsindən kənara çıxmaz və əcəl özünü yetirmədən ölməyin zövqünü hiss edərlər.

Allah qorxusundan tez-tez huşunu itirən Rabi ibn Heysəm qəlbinin qatılaşdığını hiss edən kimi birbaşa qəbiristanlığa üz tutar və bir müddət orada qalıb ağlayar, “bu siz, bu da biz…” deyərdi. Sonra bütün gecəni qəbiristanlıqda əhya edər, səhər açılanda da özünü qəbirdən dirilmiş kimi hiss edərdi.[2] Ölmədən əvvəl ölməyi bacarmaq, həqiqətən, böyük bir lütf və səadətdir. Bunu bacaranlar ölümü sağ ikən yaşamış, hesabı bu dünyada vermiş və gözəl bir qul kimi Haqqa yürümüş sayılırlar.

[1]Əcluni,  Kəşfül-xafa, II, 384, Töhfətül-ahvəzi, VI, 515. (İbn Həcər bu kəlam haqda “Sabitdir”, yəni doğruluğu isbat olunmuşdur, Aliyyul-Qari isə “Sufilərin sözlərindən biridir” deyir. Mənası: Əcəl yetişmədən əvvəl nəfsani istəkləri tərk etməklə iradi şəkildə ölün, yəni nəfsinizi öldürün.

[2]Münavi, Feyzul-Qadir, IV, 62.

 



Açar sözləri

ölmədən ölmək ölüm

Bənzər məqalələr

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Quran axirəti necə isbat edir?

Qiyamətin nə vaxtsa baş verəcəyinə heç kəs şübhə və tərəddüdlə baxmır. Hətta dəqiq elmlər və bu sahələrdə çalışan elm adamları da sözügedən mövzuda həmrəydir, ancaq onlar bu reallığı uzaq gələcəkdə gözləyirlər. Halbuki bu gün baş verən fövqəladə hadisələrin sayı-hesabı yoxdur və qiyamətin bunlardan hər hansı biri ilə qopması mümkündür.

Ölüm qorxusu

Sual: Övladlarıma qarşı həddindən artıq düşkünəm. Bəzən vəfat edəcəyimi övladlarımın da yetim qalacağı qorxusuna qapılıram. Mən nə etməliyəm?

Əzrailin surəti hamıya eyni görünür?

Ölüm anında Əzrail və ya onun köməkçiləri insana onun əməli, ruhunun gözəlliyi, qəlbinin təmizliyindən asılı olaraq fərqli surətlərdə görünür. Bir gün mütləq hər kəs Əzraillə üz-üzə gələcək, elə isə kim onu necə görmək istəyirsə, o cür yaşamalıdır.


Şərh yaz