22. 599 dəfə oxunub ,   2 şərh   Çap et

* Unudaraq yeyib-içmək, cinsi münasibətdə olmaq, ümumiyyətlə, unudaraq edilən bu işlər orucu pozmur. Ancaq oruclu olduğunu xatırlayan insan bu işlərdən dərhal tərk etməlidir.Davam edərsə kəffarət orucu tutmalıdır.

Əgər görəndə ki zəif, qoca bir insan oruc tutduğunu unudaraq nə isə yeyir və ya içirsə, bunu ona xatırlatmamaq daha yaxşıdır. Ümi edirik ki, Allah-Təala mərhəmət ilə həmin adama oruc tutduğunu unutdurmuşdur.

Əgər bu adam (yəni oruc tutduğunu unudub yeyən və ya içən) iri cüssəli, fiziki cəhətdən güclu-qüvvətlidirsə, bunu ona dərhal xatırlatmaq lazımdır.

* Yatarkən qüslün pozulması.

* Həyat yoldaşını öpmək, əllə tutmaq. Bu vəziyyətdə məni gəlməsə, oruc pozulmur.

* Gecə cünüb olan (qüslu pozulan) insanın imsak vaxtından sonra oruclu halda çimməsi.

* Ağıza gələn bəlğəmi udmaq.

* Buruna gələn mayeni çəkib udmaq.

* Dənizə və ya başqa su hövzəsinə döşdükdə və ya çimdikdə qulağa su qacması. (Dənizdə və yaxud hovuzda çimərkən diqqət etmək lazımdır ki, başımız suya girməsin. Istər-istəməz qulaqlardan və burundan su daxil ola bilər).

* İstəmədən siqaret kimi məstedici tüstüləri udmaq.

* Toz və ya milçək udmaq. Ağıza düşən göz yaşı və ya tər bir-iki damcıdan artıq olmazsa, oruc pozulmur. Ancaq bu mayelərin (tər və göz yaşı) duzluluq miqdarı hiss ediləcək qədər olması və oruclunun oruclu olduğunu xatırladığı halda bunları udması orucu pozur.

* Sahurdan dişlərin arasında qalan noxuddan kiçik bir şeyi udmaq. Əgər bu, noxuddan böyükdürsə, orucu pozur.

* Küncüd və ya buğda kimi kiçik bir şeyi ağızda çeynəyib (dadı boğaza getməmək şərti ilə) həll etmək.

* Öz-özünə (qeyri-ixtiyari) mədədən boğaza gələn və öz-özünə geri qayıdan qusuntu ağız dolusu qədər olsa da, orucu pozmur. Qusmaq niyyəti ilə ixtiyari olaraq boğaza gətirilən az

miqdarda qusuntu öz-özünə geri qayıdarsa, oruc pozulmur.Ancaq bu qusuntu miqdarı ağız dolusu qədər olarsa, oruc pozulur.

* Qan vermək.

* Gözə sürmə çəkmək.

* Dəri məsamələrindən dərinin altına nəsə keçərsə, oruc pozulmur.

Buna gorə də vucuda sürtülən yağ kimi maddələrin dərinin altına daxil olması orucu pozmur. Çünki bunlar orqanizmə dəridəki məsamələr vasitəsilə daxil olur.

* Baş və ya qarın nahiyəsində olan yaralara qoyulan dərman orqanizmə daxil olmamaq şərti ilə orucu pozmur



Açar sözləri

orucun pozulması

Bənzər məqalələr

Diş çəkdirmək orucu pozarmı?

Diş çəkdirmək orucu pozmaz. Ancaq diş çəkilərkən vurulan iynə və yara yerindən çıxan qan udularsa oruc pozular. Bu vəziyyətdə sadəcə oruc pozular, Ramazan ayı tamamlandıqdan sonar uyğun bir vaxtda həmin oruc qəza edilməlidir. Kəffarə gərəkmir.

Burun və qulaq damcısı orucu pozarmı?

Burun içərisə qoyulan qatı haldakı dərman və yaxud krem orucu pozmur, ancaq maye halında buruna tökülən, fısqırdılan maye halındakı hər hansı bir dərman və s. orucu pozur. Eyni şəkildə qulağa damızdırılan maye də orucu pozur. Ancaq Türkiyə Din İşləri Üzrə Ali Komissiyası qulaq və burun damcılarının, astma xəstələrinin istifadə etdikləri spreylərin orucu pozmadığına bildirmişdir.[1].   […]


2 şərh yazılıb
  1. Elnur , 22/06/2015 tarixində, saat 10:06

    SALAM mən oruc olarkən yatmışdım yuxuda cinsi əlaqə gördüm və mənnən axıntı oldu.mən yuxudan ayılıb yuyundum.bu hsl mənim Orucmu pozar ?

Şərh yaz