Sual: Oruc tuta bilməyən yaşlılar nə etməlidir?
Cavab: İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir. Bir kasıb doyuracaq imkanı olmayanlar isə əlinə imkan düşəndə fidyələrini ödəməlidir. Əgər buna da imkanları çatmasa vəfatından sonra malından fidyə ödənilsin deyə vəsiyyət etməlidirlər.