Oruc tutmamağa rüxsət (icazə) verilən xəstəlikləri bu şəkildə xülasə etmək mümkündür:
1- Müalicəsi mümkün olmayan ya da ciddi bir narahatlıq səbəbiylə bir əməliyyat keçirmiş və qida qəbul edilməsi vacib olan xəstələr. Bu qrupa bütün xərçəngli və ciddi əməliyyat keçirmiş xəstələr daxil edilə bilər.
2- Davamlı olaraq dərman qəbul edilməsi tələb olunan ağır ürək, böyrək, qaraciyər xəstələri, ağır şəkər xəstəliyi olan şəxslər.
3- Şiddətli ağrılar səbəbiylə dərman qəbul edilməsi lazım olan xəstəlikləri , xora xəstəliyi və digər sancılı xəstəlikləri olan şəxslər.
4- Mövcud bir xəstəliyin oruc səbəbiylə daha (İbn Macə, Sıyam 3; Nəsəs(n)i, Sıyam 50-51, 62) da ağırlaşa biləcəyi ya da səhhətinin pozulmasından qorxulacaq xəstələr, vərəm və digər qızdırmalı xəstəliklərə məruz qalan şəxslər. Yuxarıdakı dörd qrupa daxil olan xəstələrin son ikisi xəstəlikləri yaxşılaşdığı zaman həkimlə məsləhətləşdikdən sonra oruc tuta bilərlər; ancaq ilk iki qrupa girən xəstələr həyatları boyunca oruc tuta bilməyəcəkləri üçün bu şəxslərin də fidyə vermələri lazımdır.
Yüngül xəstəlik ilə ağır xəstəliyin arasını necə ayırmaq lazımdır?
Uca Allah, oruc tuta bilməyəcək qədər xəstə olan şəxslərə rüxsət (icazə) vermiş, oruc mükəlləfiyyətini onlardan qaldırmışdır. Bunlar yaxşılaşdıqdan sonra tuta bilmədikləri orucları qəza edərlər. Burada xəstəliyi tam olaraq təsvir etmək lazımdır. Xəstəliyi, insanın həyati funksiyalarının müntəzəm şəkildə işləməməsi və ya ətrafdan gələn xəbərdarlıqlara cavab verməmə halı olaraq tərif etmək mümküdür. Xəstəlik, olduqca ciddi və müalicəsi tələb olunan bir vəziyyət ola biləcəyi kimi hüngül bir narahatlıq da ola bilər. Bu ayrımı etməyi yəni oruc tutub tutmaması lazım olan şəxsləri ayırd etməyi müsəlman mütəxəssis həkimlərə həvalə etmişdir. Bu baxımdan dinin fərz, vacib və sünnətlərini bilməyən bir şəxslə məsləhətləşərək oruc tutmamaq Allah qatında o şəxsə mənəvi bir məsuliyyət yüklənər.
“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur”. Hər il zamanın bu mübarək diliminə qədəm qоyanda sanki bir daha ilahi aləmlərin о sеvincli, о nəşəli günlərinə qоvuşuruq.
Həftənin günlərinin ən xeyirlisi Cümə, gecələrdən Qədir, gündüzlərdən Ərafat, aylardan da Ramazandır. Rəcəb toxum əkmə, Şaban sulama, Ramazan isə məhsul toplama ayıdır. İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.
Üç aylarda oruc tutmağın hökmü nədir? İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc Quran və Sünnədə yoxdur.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.