1. 949 dəfə oxunub ,   0 şərh   Çap et

Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur.

Əgər insanların davranışlarında mənfi hallar yoxdursa, dinimiz həmin davranışlara məhdudiyyət qoymur. İslam bu davranışların dini qaydalara uyğun olub-olmamasına baxır. Bəşər övladı tarix boyunca yaşamaq üçün ovçuluqla məşğul olmuşdur. Bu gün əyləncə vasitəsinə çevrilmiş ov qədim dövrlərdə zəruri ehtiyacları təmin eləmək üçün edilirdi. Uca Allah buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir![1] Allah-Təalanın göydə və yerdə nə varsa insan üçün yaratdığını bu ayələrdə də görürük: “Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza verən də Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır![2] Əhliləşməmiş heyvanlar da halal olan vəhşi heyvanlar da insanın xidmətinə verilmişdir.

Qurani-Kərim və Peyğəmbərimiz insanın nəzarətsiz olmadığını bildirmiş, məqsədsiz və mənasız əməlləri qınamışdır. Bundan başqa, Peyğəmbərimiz  hədislərində  mərhəmət  hissini itirənlər barəsində ağır ifadələr işlətmişdir. Təməlində rəhmət və mərhəmət dayanan İslam yer üzündəki bütün canlılara şəfqət, mərhəmət göstərməyi, Allahın yaratdığı  fitrəti və gözəllikləri qorumağı əmr edir. Peyğəmbərimiz Məkkə və Mədinəni haram bölgə elan etməklə qoruq anlayışının ilk təməllərini atmışdır. Heç bir faydası olmayan və sırf heyvanlara əziyyət vermək, əylənmək və idman üçün edilən ov İslamda doğru sayılmamışdır. Həqiqətən də Peyğəmbərimiz bir hədisi-şərifində xəbərdarlıq edir: “Kim bir sərçəni boş yerə öldürərsə, o quş qiyamət günü Allaha şikayət edər: “Ya Rəbb! Filankəs məni boş yerə öldürdü![3]

Donuz kimi nəcisül-eyn olan heyvanlar istisna, dəri, tükü və s.-dən istifadə etmək üçün digər heyvanları ovlamaq halaldır. Ətraf mühitin mühafizəsi, heyvan nəslinin qorunması məqsədi ilə və onların çoxalma dövründə qoyulan ov qadağalarına əməl etməmək də halal deyildir. İdman məqsədi ilə və diqqəti inkişaf etdirmək üçün edilən ovlar da halal sayılmamışdır.

İslamda halal qazanc əldə etmə yollarından biri də ovçuluqdur. Lakin digər qazanc yollarından gəlir əldə etmək daha yaxşıdır.

Kitablarımızda ov etməklə əlaqədar aşağıdakı maddələr sadalanır:

Ov edən şəxs heyvanı İslamın qaydalarına uyğun kəsməyi bacarmalıdır.

Ovçu ov edərkən vurduğu heyvanı gətirmək üçün ov itini özü göndərməlidir.

Ovçu ov edərkən “Bismillah” deməlidir və bilməlidir ki, unudub deməsə, məsuliyyət daşıyır.

Ov itinin ovun ardınca göndəriləndən ovu tutanadək başqa bir işlə məşğul olmasına imkan verilməməlidir.


[1] Bəqərə , 2/29.

[2] Casiyə,  45/13.

[3] Əhməd İbn Hənbəl, Müsnəd, IV, 389.



Açar sözləri

ov etmək ovçuluq

Bənzər məqalələr

Ov etmək halaldır

Ov etmək halaldır? İslama görə ov necə edilməlidir? Ov eləmək əti halal olan, ancaq insandan qaçan, ürkən heyvanların tutulmasına deyilir. Hansı heyvanların ətinin halal, hansının haram olması elmihal kitablarında qeyd edilmişdir. Məsələnin təfərrüatını elmihal kitablarına həvalə edirik. Ov heyvanlarını kəsərkən islami əsaslara əməl etmək lazımdır. Bu qaydalara əməl edilmədən kəsilən ov heyvanlarının əti halal olmur. […]


Şərh yaz