2. 177 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərimizin danışıq tərzi son dərəcə șirin idi və könül oxşardı. Sözü inci-inci sapa düzər, yaxșı bașa düșülsün deyə hər bir kəlməni ayrı-ayrı ifadə edərdi. Adəti idi, vurğulamaq istədiyi bir sözü üç dəfə təkrar edərdi. Danıșarkən çox vaxt göyə baxardı. Gur səsli idi. Ümmü Haninin (r.a.) rəvayəti: “Allah Rəsulu (s.ə.s.) Kəbədə Qurani-Kərim oxuyar, biz də evdə yataqda uzanıb Onu dinləyərdik”.[1]

Hz. Aișə anamız Onun (s.ə.s.) danıșıq tərzini tərif edir: “O, sizin kimi danıșmazdı. Onu dinləyən kim olur-olsun, demək olar ki, sözlərinin hamısını əzbərləyərdi”.[2] Hətta Allah Rəsulu (s.ə.s.) danıșarkən sözlərin hərflərini belə saymaq mümkün idi. Bu, “yavaş-yavaş danıșmaq” mənasına gəlmir. Çünki bizim yavaş danıșığımız dinləyənləri yora bilər. Amma Peyğəmbərimizin kəlmələri bircə-bircə tələffüz etməklə danıșması bizim başa düşdüyümüz mənada ağır danıșıq tərzi deyil idi. Hətta diqqətə çatdırmaq, vurğulamaq istədiyi məqamı üç dəfə təkrar edərdi.[3]

Hind ibn Halə bir gün Həzrəti Həsənin (r.a.) “Allah Rəsulu (s.ə.s.) necə danıșardı?” sualının cavabında bunları nəql etmişdi: “Çox vaxt səssiz dayanardı, elə bil Allah-Təalanın hüzurunda idi. Onun əhli-dünya kimi istirahəti olmazdı, çox susar az danışardı, ehtiyac olmayanda danıșmağı sevməzdi. Sözə başlayanda da, sözünü qurtaranda da Allahın adını anardı. Bir neçə məqsədi çox qısa və yığcam ifadələrlə izah edərdi; cəvamül-kəlim (az sözlə çox məna ifadə etmə) idi. Məramı nə idisə, onu da qədərincə ifadə edərdi. Həmişə nemətə az da olsa, șükür edərdi, dilindən bircə etiraz kəlməsi də çıxmazdı. Hər nemətə həmd və șükr edərdi. Dünya malı qarșısında heç qəzəblənməzdi, yəni bir dünya işinə görə əsla hirslənməzdi. Amma bir haqq tapdalanması, pozulması zamanı qəzəbinin qarşısını heç nə ala bilməzdi. Şəxsi ilə bağlı heç bir məsələyə görə hirslənməz və inciməz,  düșmənçilik hissi ağlından da keçməzdi. Bir șeyə ișarə edərkən barmağı ilə  deyil, mübarək əlləri ilə ișarə edərdi. Bir șeydən xoșu gələndə ovcunun içi aşağı isə yuxarı qaldırar, yuxarı isə aşağı çevirərdi. Danıșmağa bașlayanda sağ əlinin içi ilə sol əlinin baș barmağının içinə vurardı. Bir adama qəzəbləndikdə onun üstünə qıșqırmaz, onunla ucadan danıșmaz, əksinə şəfqət göstərər, bağışlayardı. Bir xoş xəbər eşidəndə təvazö ilə gözlərini yumar, sevincini izhar etməzdi. Sultani-Ənbiya Peyğəmbərimizin gülüşü həmișə təbəssüm idi. Təbəssüm edərkən inci dənələri kimi tərtəmiz mübarək dișləri görünərdi.[4]

Cabir ibn Səmurə isə belə rəvayət edir: “Rəsulullahın (s.ə.s.) mübarək baldırları incə idi. Gülərkən də təbəssümlə gülərdi. İlk baxıșda elə zənn edərdiniz ki, gözlərinə sürmə çəkib, amma əslində gözləri fitri olaraq sürməli idi”.[5] Peyğəmbərimiz gülərüz idi. Haris ibn Cüz deyir: “Allah Rəsulu qədər təbəssüm edən insan görmədim”.[6]

Peyğəmbərimiz bəzən bir hadisənin nəticəsi ilə əlaqədar təbəssüm etmişdi. Əbu Zərin (r.a.) rəvayət etdiyi hədis belədir: “Rəsulullah buyurur ki, cəhənnəmdən qurtulub cənnətə ilk girəcək adamla cəhənnəmdən ən axırıncı çıxıb cənnətə gedəcək adamın kim olduğunu bilirəm. Qiyamət günü insan hesab yerinə aparılarkən mələklərə əmr edilir:

– Bu adama bütün kiçik günahlarını göstərin. Böyük günahlarını isə gizləyin. Ona “filan, filan, filan, filan əməlləri etdin” deyilir, o da hər șeyi qəbul edir, haqqında deyilənləri rədd edə bilmir. Bu vaxt böyük günahlarını düșünüb qorxmağa başlayır. O əsnada Allah-Təala (c.c.) mələklərə:

– Bu qulumun bu kiçik günahına savab yazın! – deyə nida edir. Bu günahkar və biçarə insan barəsində belə bir qərar verilincə hərislik edib:

– Mənim daha böyük günahlarım da vardı. Onları əməl dəftərimdə görə bilmirəm, – deyir. Əbu Zər deyir ki: “Bunu söylədikdən sonra Rəsulullaha baxdım. Elə güldü ki, azı dișləri görünürdü”.[7]

Abdullah ibn Məsudun (r.a.) rəvayət etdiyi bir hədisdə də Allah Rəsulu (s.ə.s.) buyurur: “Allah-Təala cəhənnəmlik olub cəhənnəmdən ən axırıncı çıxacaq və cənnətlik olub cənnətə ən axırıncı girəcək adamı mənə göstərdi. Bu şəxs cəhənnəmdən iməkləyə-iməkləyə çıxacaq. Uca Allah ona:

– Get, cənnətə gir, – buyuracaq. Həmin șəxs cənnətə gedir, ona elə gələcək ki, cənnət dopdoludur, hamı öz yerini tutub, ona yer qalmayıb. Dönüb:

– Ey Rəbbim! Cənnətdə yer yoxdur, – deyəcək. Uca Allah yenə ona:

– Get, cənnətə gir, – buyuracaq. O șəxs cənnətə gedəcək. Yenə cənnət ona dolu görünəcək. Dönüb:

– Ey Rəbbim! Cənnət dopdoludur, – deyəcək. Allah-Təala ona:

– Get, cənnətə gir, cənnətdə dünya qədər və dünyanın on misli qədər yer (yaxud dünyanın on misli sənindir) sənindir, – buyuracaq. O qul: “Sən yeganə Məlik olduğun halda mənimlə zarafat edirsən?! (yaxud mənə gülürsən?),” – deyəcək”. Abdullah ibn Məsud davam edir:

 “Vallah, Allah Rəsulunun (s.ə.s.) arxadakı dișləri görünənə qədər güldüyünü gördüm”.[8] Bu hədisdə də Peyğəmbərimizin axirətə aid bir mənzərəyə təbəssüm etdiyini görürük.

Allah Rəsulunun (s.ə.s.) təbəssüm etdiyi bașqa bir hadisə:

Əbu Hureyrə (r.a.) rəvayət edir: “Bir nəfər Rəsulullahın (s.ə.s.) hüzuruna gələrək:

– Həlak oldum, ey Allahın Elçisi, – dedi. Rəsulullah (s.ə.s.):

– Səni nə həlak edir? – deyə soruşdu. O da:

– Ramazanda (oruclu ikən) zövcəmlə yaxınlıq etdim, – deyə cavab verir.

Allah Rəsulu:

– Bir kölə azad edə bilərsən? – deyə sorușdu. O da:

– Xeyr, azad edə bilmərəm, – cavabını verdi. Rəsulullah:

– Bəs iki ay ara vermədən oruc tutmağa gücün çatar? – deyə soruşdu.

– Xeyr, buna gücüm çatmaz, – deyə cavab verdi. Rəsulullah:

– Altmıș yoxsulu doyura bilərsən? – deyə yenə sorușdu. Həmin adam:

– Xeyr, onu da edə bilmərəm, – dedi. Sonra həmin adam (bir tərəfdə) oturdu. Bu vaxt Peygəmbərimizə bir zənbil (on beș salıq) xurma gətirdilər. Allah Rəsulu həmin șəxsə:

– Bunu al, sədəqə ver, – buyurdu. O da:

– Məndən kasıb bir yoxsulamı verəcəyəm? Mədinədə buna mənim ailəmdən çox möhtac olan ailə yoxdur, – dedi. Bu hadisədən sonra Peyğəmbərimiz azı dișləri görünənə qədər güldü. Və üzünü ona tutub:

– Elə isə bunu öz ailənə yedir, – deyə buyurdu”.[9]



[1]. İbn Macə, 1/449; İbn Əbi Şeybə, Müsənnəf, 1/321

[2]. Tirmizi, 5/600; Əhməd b. Hənbəl, 6/257

 [3]. Tirmizi, 5/600

 [4]. Şemâil 1/184; Təbərani, əl-ahadsüt-Tival, 1/245

 [5]. Tirmizi, 5/603; Əhməd b. Hənbəl, 5/97

 [6]. Tirmizi, 5/601: Əhməd b. Hənbəl, 4/190

 [7]. Müslim 1/177, Tirmizi, 4/713

 [8]. Müslim 1/173; Tirmizi, 4/712; Əhməd b. Hənbəl, 1/372

 [9]. Buxari, 6/2467; Tirmizi, 3/102;

 




Şərh yaz