1. 283 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanlığa rəhbər və mürșid göndərilən Rəsulullah (s.ə.s.) eyni zamanda bir ailə bașçısı idi. O da bir insan idi. O da bəzi ehtiyaclarını, məișətini təmin etməli idi.  Hər şeydən əvvəl ailəsinin təminatı və dolanıșığına cavabdeh idi. O dövrdə indiki kimi iqtisadi sistem olmadığına görə əvvəlcədən  illik ərzaq toplamağa çalışırdılar. Allahın  Elçisi də bir illik dolanıșığı üçün lazım olan ərzağı tədarük edərdi.[1]

Allah Rəsulu özünün və ailəsinin dolanıșığını bu yerlərdən təmin edirdi:

a. Ona qənimət olaraq düșən Bəni-Nadir qəbiləsinin xurmalarını satır və ailəsinin o ilki ərzağını tədarük edirdi.[2]

b. Rəsulullah əldə edilən xurma və ya taxılın yarısı müqabilində Xeybəri (ortaqlığa) vermișdi. Xanımlarına hər il 80 (bir dəvə yükü, təxminən 130 kq-a bərabər) vesk xurma və 20 vesk arpa olmaq üzrə 100 vesk ərzaq verirdi.[3]

Bu hədislərdən aydın olur ki, Rəsulullah bir illik ərzaq və s. ehtiyatını bir tərəfə ayırırmış. Ancaq bu ayrılan hissəni də sədəqə verməklə qısa vaxtda qurtararmış. Peyğəmbərimiz iradi olaraq zahidanə həyat seçmiş, əlində imkan olan vaxtlarda da sədəqə vermișdir. Peyğəmbər əxlaqı ilə yetişən ailəsi də sədəqə verməyi üstün tutub, dünya malına meyil göstərməmișdi. Bundan əlavə, unutmayaq ki, il ərzində müxtəlif yerlərdən də (qənimət, hədiyyə və s.) gəlir əldə edirdi.



[1]. Tirmizi, 4/216.

[2]. Buxari, 5/248.

 [3]. Müslim, 3/1186.

 




Şərh yaz