Peyğəmbərimizə şirin su gətirilməsi
Həzrəti Aișə demişdir: “Rəsulullah (s.ə.s.) üçün Suqyadan (Məkkə ilə Mədinə arasında bir yer) șirin su gətirilirdi”.[1]
Peyğəmbərimiz ayaq üstə bir şey içmişdir?
İbn Abbasın (r.a.) rəvayəti: “Peyğəmbərimiz (s.ə.s.) zəmzəmi ayaq üstə içmișdir”.[2]
Əmr b. Şüaybın atasından və babasından rəvayət edir: “Rəsulullahın (s.ə.s.) ayaq üstə və oturaraq su içdiyini gördüm”.[3]
Həzrəti Aișədən: “Peyğəmbərimiz (s.ə.s.) oturaraq da, ayaqüstə də su içmișdir. O, ayaqyalın da, ayaqqabılı da namaz qılmıșdır. O, sağ tərəfdən də, sol tərəfdən də çevrilmişdir”.[4]
Su içilən qaba üfürməmək
Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s.) su içilən qabın içinə üfürməyi qadağan etdi. Bu vaxt bir nəfər: “Qabın içində çör-çöp var,” – dedi. Rəsulullah (s.ə.s.): “Onları kənara tök!” – buyurdu. Həmin adam: “Bir nəfəsə içməklə doymuram,” – deyincə Rəsulullah: “Onda ağzını su qabından uzaqlașdır və nəfəs al,” – buyurdu”.[5]
İbn Abbasın (r.a.) rəvayəti: “Rəsulullah (s.ə.s.) su içilən qaba üfürməyi və qabın içinə nəfəs almağı qadağan etdi”[6]
Rəsulullah suları necə içərdi?
Rəbiyə ibn Əksən nəql edir: “Rəsulullah (s.ə.s.) misvaqdan istifadə edərkən onu sağa-sola hərəkət etdirər, içdiyi șeyi soraraq içər və: “Bu, daha xoș, daha sürətli və faydalıdır,” – deyərdi”.[7]
Su və digər mayeləri üç dəfəyə içib iki dəfə nəfəs almaq
İbn Abbasın (r.a.) rəvayəti: “Peyğəmbərimiz (s.ə.s.) bir qabdan su içərkən iki dəfə nəfəs alardı”.[8]
Su paylayan ən axırıncı özü içir
Əbu Qatadə (r.a.) Peyğəmbərimiz (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “İnsanlara su paylayan șəxs ən axırıncı özü içər”.[9] Bir bașqa rəvayətdə Ənəs (r.a.) nəql edir: “Rəsulullah (s.ə.s.) səhabələrinə su verirdi. Ona:
– Ya Rəsulallah! Özünüz içsəniz, – dedilər. Rəsulullah (s.ə.s.):
– Camaata su paylayan ən axırıncı içər, – deyə buyurdu”.[10]
Allah Rəsulu şirin və sərin şeyləri xoşlardı
Hz. Aișədən (r.a.) rəvayət olunur: “Rəsulullahın (s.ə.s.) ən çox șirin və soyuq suları xoşlayırdı”.[11]
Hz. Zuhri (r.a.) rəvayət edir: “Rəsulullaha (s.ə.s.) “Hansı mayelər daha ləzzətlidir?” sualını verdilər. O da buyurdu: “Şirin və soyuq olanı”.[12]
Ubadə ibn Vəlid Cabir ibn Abdillahın bu sözlərini nəql edir: “Bir ənsar Rəsulullah (s.ə.s.) üçün köhnə bir tuluqda su soyudardı”.[13]
Həzrəti Aișə: “Peyğəmbərimizin (s.ə.s.) soyuq və șirin sulardan xoșu gəlirdi”.[14]
Peyğəmbərimizin su içdiyi qab
İsa ibn Tahman Hz. Sabitin belə dediyini nəql edir: “Ənəs bin Malik bizə ağacdan düzəldilmiș, dəmir halqalı bir bardaq göstərdi və: “Sabit! Bu, Rəsulullahın bardağıdır.[15] Bütün suları – su, bal, quru üzüm şirəsi və südü – Rəsulullaha (s.ə.s.) bu bardaqda verdim,”– dedi”.[16]
Məhəmməd ibn İsmail nəql edir: “Ənəsin yanına girdim. Evində taxtadan düzəldilmiș bir bardaq vardı. O belə dedi:
“Peyğəmbərimiz (s.ə.s.) ondan su içər və dəstəmaz alardı”.[17] İbn Abbasın rəvayəti: “İsgəndəriyyənin sahibi (hökmdarı) Rəsulullaha (s.ə.s.) büllur bir su bardağı göndərmișdi. Rəsulullah (s.ə.s.) onda su içərdi”.
İçmə sırası sağ tərəfdən başlayır və davam edir
Ənəs ibn Malik (r.a.) rəvayət edir: “Rəsulullaha (s.ə.s.) bir qab su qatılmış süd gətirdilər. Rəsulullahın (s.ə.s.) sağında bir bədəvi, solunda isə Əbu Bəkir dayanmışdı. Rəsulullah (s.ə.s.) (bir qədər) içib sağındakı bədəviyə verdi və: “Sağdan sıra ilə içilsin,” – buyurdu”.[18] İbn Sad rəvayət edir: Rəsulullaha içməyə bir șey gətirdilər və O da bir qədər içdi. Sağında bir ușaq, solunda isə yașlılar vardı. Rəsulullah (s.ə.s.) ușağa:
– İzin ver, bunu əvvəlcə yaşlılara verim? Ușaq:
– Vallah, Səndən gələn qismətimi heç kəslə dəyișmərəm, – dedi. Bunu eşidən Rəsulullah (s.ə.s.) qabı ușağa verdi”.[19]
[1]. İbn Sad, Tabaqatul-Kübra, 1/109
[2]. Tirmizi, 4/301; Müslim, 3/1601; İbn Macə, 2/1132
[3]. Tirmizi, 4/301
[4]. Əhməd b. Hənbəl, 1/101, 104, 114
[5]. Tirmizi, 4/303; Darimi, 2/161.
[6]. Tirmizi, 4/304; Əbu Davud, 3/338.
[7]. Buxari 1/69, 5/2133; Müslim 3/1602; Tirmizi 4/302; Əbu Davud 2/364
[8]. Tirmizi 4/303
[9]. Müslim 1/472; Əbu Davud 2/364
[10]. Tirmizi 4/307; İbn Macə 2/1135; Əhməd b. Hənbəl, 4/382
[11]. Əhməd b. Hənbəl, 1/338
[12]. Əhməd b. Hənbəl, 6/38, 40
[13]. əl-Hindi, Kənzül-Ummal, Hədis: 18222
[14]. Tirmizi 4/307
[15]. Şəmail, 1/162
[16]. Şəmail, 1/163; Əbu Yala, Müsnəd, 6/421
[17]. Buxari. 1/83
[18]. Əhməd b. Hənbəl, 1/245
[19]. Buxari. 2/829; Tirmizi. 5/506