Peyğəmbərimizin ticarətə əhəmiyyət verməsi
Peyğəmbərimiz (s.ə.s.) hələ uşaq yașlarında əmiləri ilə birlikdə karvanlarla Şam və Yəmən kimi diyarlara getmiș və ticarət həyatının canlı șahidi olmuşdu. Ticarətdə də “əmin və mötəbər adam” kimi tanınmış, ətrafındakı insanların etibarını qazanmıșdı.
Hz. Xədicə ilə ailə qurmamışdan əvvəl də bu zəngin və dul qadının karvanlarını idarə etmiș, ticarətlə məșğul olmușdu. İnsanlığın fəxri Son Peyğəmbər ticarətdə məșhur bir insan idi.
Ușaq vaxtından ticarət karvanları ilə bir çox şəhərlərə gedən, gəncliyində də ticarətlə məşğul olan, Hz. Xədicənin ticarət karvanlarına rəhbərlik edən və ticarətin əhəmiyyətini yaxşı başa düşən Rəsulullah hicrətdən sonra Müsəlmanların Mədinədə xüsusi bazar qurmasını düșünmüș və bunu da reallașdırmıșdır. Beləliklə, qədimdən Mədinədə ticarətdə hakim mövqe tutan Yəhudilərin üstünlüyünə son qoyuldu. Həmçnin möminlər iqtisadi asılılıq olmadan yaşamağı öyrəndilər.
Onun ticarət əxlaqını belə tərif edərdilər: “Heç kimin haqqını yemədiyi kimi, heç kəsə də haqqını yedirməzdi.”
Aldadan bizdən deyil
Əbu Hureyrə (r.a.) rəvayət edir: Rəsulullah (s.ə.s.) bazarda gəzərkən əlini bir satıcının malının içinə saldı. Barmaqları nəm oldu. Bunu görən Rəsulullah satıcını: “Bu nədir?” – deyə tənbeh etdi. Adam: “Ya Rəsulallah, yağıș islatdı,” – deyə özünü müdafiə edincə: “Yaș tərəfi üstə, göz qabağına qoya bilməzdin? Bizi aldadan bizdən deyil,”[1] – deyərək ticarətlə bağlı əhəmiyyətli bir prinsip ortaya qoymușdur.
Bəli, müştəri istənilən halda satılan mal haqqında hər șeyi bilməli, bundan sonra qərar verməlidir. Cürbəcür hiylələrlə insanları aldatmaq Müsəlman əxlaqından uzaqdır və belə davrananlar Peyğəmbərimizin (s.ə.s.) yoluna zidd hərəkət etmiş sayılırlar. Allah Rəsulu (s.ə.s.) bașqa bir hədisində də bu məsələni daha ətraflı izah etmişdir: “Müsəlmanın bir malda qüsur olduğunu bilə-bilə onu müștəriyə xəbər vermədən satması haramdır”.[2]
Alış-verişdə güzəşti tövsiyə edərdi
Hz. Cabir Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Satarkən, alarkən, borcu qaytararkən comərd və güzəștli davrananlara Allah bol-bol mərhəmət etsin”.[3]
Tirmizinin rəvayəti belədir: “Allah sizdən əvvəl yașamıș bir șəxsə mərhəmət etdi. Çünki həmin adam satanda güzəșt edər, alanda güzəșt edər, borcunu istəyəndə (kobud və sərt deyil, anlayışlı olar və) güzəșt edərdi”.
Əbu Hureyrə Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Allah satanda, alanda, borcu qaytaranda müsamihə(xoş rəftar, güzəşt) edənləri sevər”.[4]
[1]. Müslim, 1/99; Darimi, 2/323; Müsnəd, 2/50; İbn Macə, 2/749
[2]. Buxari, 2/732
[3]. Buxari, 2/730; Tirmizi, 3/606
[4]. Tirmizi, 3/609