Peyğəmbərimizin gözəl ətirlərdən istifadə etməsi
İmam Kastalani: “Peyğəmbərimizin (s.ə.s.) vücudundan – ətir vurmasa belə – gözəl ətir qoxusu gələrdi ki, bu da peyğəmbərliyinin bir əlamətidir,” – deyir. Hətta Rəsulullahın xidmətçisi Həzrəti Ənəsdən (r.a.) də “Mən Peyğəmbərimizin (s.ə.s.) (təbii) ətrindən daha gözəl nə müșk, nə də ənbər ətri gördüm və qoxuladım”[1] sözü nəql edilir. Beyhaqi və Dariminin Əbu Nuaym Cabir bin Abdillahdan rəvayət etdiyi bir hədisdə deyilir: “Kainatın Peyğəmbəri bir yerdən keçəndə ətrafa gözəl qoxu yayılardı. Hətta bu qoxunu hiss edənlər Peyğəmbərimizi görməsələr də, oradan Onun keçdiyini düşünərdilər”.
Təbəraninin nəql etdiyi bir rəvayətdə deyilir: “Utbə bin Fərqad həzrətlərinin zövcəsi Ümmü Asım nəql edir:
“Biz – Utbənin zövcələri çoxlu ətir vurardıq. Hətta elə bil ətir vurmaqda bir-birimizlə yarışırdıq. Həyat yoldașımız Utbə isə ətirdən heç istifadə etməzdi. Ancaq ondan elə gözəl ətir iyi gəlirdi ki, biz bu qədər ətir vursaq da, ona çata bilmirdik. Bir gün bunun səbəbini həyat yoldașımdan sorușdum. Mənə bunları danıșdı:
– Bir gün bərk xəstələnmişdim. Peyğəmbərimiz mübarək tüpürcəyi ilə qarnımı və kürəyimi məsh etdi (övrət yerim örtülü idi). Allahın izni ilə șəfa tapdım. Və bu gözəl qoxu ömrüm boyu bədənimdən getmədi”.[2]
Allah Rəsulu (s.ə.s.) gözəl qoxulu ətirləri çox sevirdi. “Sükkə” adlı xüsusi növ ətirdən istifadə edirdi.[3] Sükkə müșkdən hazırlanırdı. Rəsulullah (s.ə.s.) bundan daim istifadə edirdi. Bəzən də buxurdana əzvay (aloe) qoydurub tüstülədərdi. Bir rəvayətdə də belə buyurur: “Mənə (üç şey) sevdirildi: qadın, gözəl ətir; gözümün nuru namaz.”[4] Sümamə ibn Abdullah Həzrəti Ənəsin ona hədiyyə verilən gözəl ətiri qəbul etdiyini dedikdən sonra Həzrəti Ənəsin bu hədisi rəvayət etdiyini söyləyir: “Peyğəmbərimiz (s.ə.s.) hədiyyə verilən gözəl ətiri qəbul edərdi”.[5] İbn Ömərdən də eyni məzmunda bașqa bir hədis rəvayət edilir: “Üç şey veriləndə qəbul etməmək olmaz. Yastıq, ətir və süd”.[6] Bu hədisi-șərifdə yastıq deyiləndə yatmaq və ya söykənmək istəyən șəxsə uzadılan yastıq (döşəkçə) nəzərdə tutulur. Cəlaləddin Suyuti hədisi nəzmə çəkmişdir:
“Yeddi șeyi qəbul etmək sünnətdən sayılmıșdır: “Ayaqqabı, gözəl ətir, șirniyyat, inci, yastıq, təmizlik aləti, gözəl ətirlə dolu bir șüșə (qab), gözəl qoxulu birbitki”.[7]
Yenə Əbu Hureyrənin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (s.ə.s.): “Kișilərin istifadə etdiyi ətrin gözəl iyi yayılmalı, ancaq rəngi görünməməlidir. Qadınların istifadə etdiyi ətrin qoxusu (məhrəm şəxslərə istisna) yayılmamalı, rəngi görünməlidir,”[8] – buyurmușdur. Belə ki, qadın gözəl ətiri ancaq məhrəmlərin və ya bașqa qadınların yanında vurmalıdır. Bu, həna və ya zəfərana da şamil edilir.
Yuxarıda keçən hədisə baxaraq bəzi sələfi-salehin alimləri: kișilər cümə günü, bayram günləri, ehram geyinəndə, məclisə gedəndə və ya məclisdə oturanda, Qurani-Kərim oxuyanda, elm öyrənəndə və zikrlə məşğul olarkən ətir vurmaları müstəhəbdir. Qadınlar isə ancaq həyat yoldașları və ailələrinin yanında ətir vura bilərlər.
Hz. Əli (r.a.) isə Peyğəmbərimizin vəfatından sonra Onun nəşinin dəfnə hazırlanmasında iștirak etmişdi. Buyurur: “Allah Rəsulunun mübarək nəșini dəfnə hazırlayanlardan biri də mən idim. Ölüm Onun mübarək vücuduna təsir etməmişdi. Mən heç bir dəyișiklik görməyincə: “Ey Allahın Rəsulu! Sağlığınızda pak və gözəl olduğunuz kimi, vəfat edəndə də paksınız!” – dedim. Ətrafa elə gözəl ətir yayılırdı ki, heç vaxt belə ətir görməmişdim”.[9]
Peyğəmbərimizin sürmədən istifadə etməsi
Sürmə sink tərkibli maddədir. Peyğəmbərimizin sürmədən istifadə haqda tövsiyələri nübüvvət bulağının bir damlası olub insan üçün də çox faydalıdır. İbn Abbasın (r.a.) rəvayət etdiyi bir hədisdə Kainatın Fəxri belə buyurur: “İsmid adlı sürməni göünüzə çəkin. Gözün görmə qabiliyyətini artırır, kirpikləri qüvvətləndirir”.[10] Hədisdə keçən “ismid” Hicaz bölgəsində geniş yayılan və rəngi qırmızıya çalan bir dașdır. Ən keyfiyyətli sürməyə İsfahan bölgəsində rast gəlinir. Nəbilər Sərvəri Peyğəmbərimiz yatmazdan əvvəl sağ, sonra sol gözünə üç dəfə sürmə çəkərdi.[11]
[1]. Müslim 4/1484; Əhməd b. Hənbəl, 3/200
[2]. Təbərani, Mu’cemü’l-Kebîr, 17/133, 134; Taberâni, Mu’cemu’s-Sağir, 1/77
[3]. Buxari, 5/2316; Müslim, 4/1815; Nəsayi, 8/ 218; Əhməd b. Hənbəl, 3/226
[4] Nəsəi, işrətun-nisa 1; Əhməd İbn Hanəl, əl-Müsnəd 3/128, 199, 285
[5]. Buxari 27/912, 5/2216; Tirmizi, 5/108; Əhməd b. Hənbəl, 3/133, 261
[6]. Heysemî, Məcməuz-zəvaid, 5/54; Kəşfül-xafa, 2/1528
[7]. Kəşfül-xafa, 2/1528
[8]. Əbu Davud, 1/659; Tirmizi, 5/107; Nəsayi, 8/151; Əhməd b. Hənbəl, 2/540
[9]. Qazi İyaz, q.o.ə., 50; Kasani, Bədaius-Sanai, 2/24
[10]. Əhməd b. Hənbəl, 3/476, 499; Tayalisi, Müsnəd, 1/349
[11]. Tirmizi, 4/388; İbn Macə, 2/1157; Əhməd b. Hənbəl, 1/354;