2. 061 dəfə oxunub ,   0 şərh   Çap et

Allah Rəsulu zahidlərin zahidi idi. Onun vərasına[1] çatan olmazdı. O, bütün hal və hərəkətlərini bu istiqamətə uyğun nizamlayardı. Daim Allah qorxusu ilə titrəyən ürəyi az qala yerindən qopardı. O qədər həssas idi ki,  gözləri az-az hallarda yaşsız olardı. O, coșarkən dəryanı, susarkən ümmanı andırırdı.

İndi də Onun bu dərinliklərinə təmas edək:

Əvvəla, zahidlik (zühd) elə bir məqamdır ki, ona çatan insana bütün dünyanı versələr, sevinməz və hər șeyi əldən getsə, kədərlənməz. Allah Rəsulu zahidliyin zirvə nöqtəsində idi. Bütün dünya Onun olsaydı, bir arpaya sahib olmuș kimi sevinməzdi. Bütün dünya bir anda əlindən çıxsa idi, bir arpa dənəsi itirmək qədər üzülməzdi. O, dünyanı qəlbən tərk etmișdi. Ancaq bu, Peyğəmbərimizin dünyanı kəsbən də tərk etməsi mənasına gəlmirdi. Çünki bizə ən səmərəli və ən gözəl qazanc yollarını göstərən Həzrəti Məhəmməd əleyhissalamdır. O, heç vaxt dünyadan kəsbən üz çevirməmiș və insanları da buna təșviq etməmișdir. Dünya qəlbən tərk edilməlidir.

Allah Rəsulu nə peyğəmbərliyin nurlu iqliminə qədəm qoyduğu zaman, nə də dünya bütün dəbdəbə və ehtişamı ilə önünə sərildiyi zaman – heç vaxt hal və hərəkətini dəyișdirmədi.

Hətta O vəfat edəndə sərvətindən əsər-əlamət qalmamışdı. Çünki həmişə varını-yoxunu Allah yolunda vermișdi. Dünyadan köçərkən qalan mirası bir neçə keçidən və xanımlarının yașadığı kiçik otaqlardan ibarət idi. Onlar da xalqa məxsus idi: bu otaqlar əziz analarımızın vəfatından sonra məscidə daxil edilmişdi. Oraya gedən hər kəs bilir ki, həmin hücrələr məscidin bir küncündə balaca və dar bir yer tuturmuş.



[1] Təqvanın yüksək dərəcəsi. Dində haram və məkruh olan şeyləri tərk etdikdən sonra haram və məkruh olması şübhəli olan xüsusları da tərk etməkdir. Zərrə qədər də olsa, haqqa girməməkdir. Bütün dini əmrləri təfərrüatı və incəlikləri ilə tətbiq etməkdir.



Açar sözləri

təqva zöhd

Bənzər məqalələr

Qurbanın hikmətləri

Qurban ibadətinin neçə-neçə məna və faydası, bəndələrə dünya və axirətlə bağlı öyrətdiyi hikmətləri var.

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Təqvalı olmaq üçün nə etməli?

Təqva sahibi olmaq üçün ilin müəyyən dövrlərində gündəlik işlərdən ayrılıb metafizik əhval-ruhiyyəni təmin edən işlərlə məşğul ola bilərik.

Təqva

Təqva Allahın əmrlərinə itaət, qadağalarına riayət etməklə Onun əzabından qorunmağa çalışmaqdır.

Zöhd və zahidlik

“Zöhd” sözü lüğətdə dünyəvi həzləri tərk edib, bədənin arzularına qarşı çıxmaq mənalarına gəlir. Təsəvvufçülərə görə, zöhd dünya ləzzətlərinə meyl etməmək, təqvanı əsas tutmaq, dünyanın nəfsə xoş gələn cəhətlərinə qarşı gözütox olmaq və az şeylə kifayətlənmək deməkdir.


Şərh yaz