Müseyləmənin bu iddiası bəzi münafiqlərin də dəstəyi ilə qüvvət tapdı və Bəni- Hənifə qəbiləsinin bir çoxunu dinindən döndürərək özünə tabe etdi. Yalançı Müseyləmə, sonralar daha da irəli gedərək Peyğəmbərimizə (s.ə.s.) məktub yazdı:
“Müseyləmədən, Allahın Elçisi Məhəmmədə. Sənə salam olsun. Biz, Səninlə birlikdə peyğəmbərlik vəzifəsinə ortağıq. Yer üzünün yarısı bizə, yarısı da Qureyş qəbiləsindən aiddir. Ancaq Qureyş həddini aşan bir qövmdür.”
Peyğəmbərimiz (s.ə.s.) bu sətirləri oxuduqdan sonra, öncə onu gətirən elçilərdən bu məsələdə fikirlərini soruşmuşdur. Onların da Müseyləmə ilə həmfikir olduğunu görüncə:
“Əgər elçilərin öldürülməyəcəyinə dair bir qayda olmasa idi, sizin boynunuzu vurdurardım”– demiş və Ubeyy ibn Kəbə yazdırdığı aşağıdakı məktubu, Müseyləməyə göndərmişdir. (Məktubun son cümləsi, aradan uzun zaman keçdiyi üçün tam olaraq oxuna bilinməmişdir.)
“Rəhman və Rəhim Allahın adı ilə; Allahın Elçisi Məhəmməddən, yalançı Müseyləmətul-Kəzzaba. Salam, hidayətə tabe kimsələr üzərinə olsun. Bunuda bil ki, yer üzü Allahındır. Onu, Öz bəndələrindən istədiyinə ehsan edər. Hüsnü-aqibət müttəqilərindir. (Allahdan qorxan mömin qullara aiddir.) Sən və yoldaşların əgər tövbə edərsəniz, Allah da səni və səninlə birlikdə tövbə edənləri bağışlayar. “
• • •
Müseyləmənin sonrakı aqibəti:
Uhud qəzvəsində Hz. Həmzəni şəhid edən Hz. Vəhşi sonradan müsəlman olmuşdu. Hz. Əbu Bəkir xəlifəliyi dövründə, Xalid ibn Vəlidin əmrindəki bir orduda iştirak edən Hz.Vəhşi Yəmamə müharibəsində Hz. Həmzəyi şəhid etdiyi mizraqla Müseyləməyi öldürmüşdür.
Bu məktub, Prof. Dr. Əhməd Akgündüz tərəfindən 1987-ci ildə Topqapı Sarayı Muzeyinin “Müqəddəs Əmanətlər” şöbəsində tapılmış, hədis və tarix kitablarında keçən əsl mətninə uyğunluğu yoxlanılaraq “Zəfər” jurnalında dərc edilmişdir.