Peyğəmbərimizin (s.ə.s) yuxunu peyğəmbərliyin qırx altı parçasından biri kimi dəyərləndirmişdir. Hətta peyğəmbərliyin ilk vaxtlarında gördüyü yuxular gün kimi çin çıxmışdı. Yuxuları müjdə kimi qəbul edir, bəzi hadisələri işarə kimi yozur, necə yozulması barədə səhabələrə meyarlar verirdi. Hətta sübh namazından sonra səhabələrə müraciət edib: “Bu gecə müjdəli yuxu görən varmı?” – deyə soruşurdu. Əgər yuxu görən olsa, yuxusunu dinləyir, sonra da yozurdu. Bəzən də bir yuxu danışılanda Hz. Əbu Bəkir izin istəyib özü yozurdu. Rəsulullah (s.ə.s) pis yuxuları danışmamağı tövsiyə edir, yuxu yozanların da saleh və gözəl niyyətli olmasına işarə edirdi.