7. 774 dəfə oxunub ,   0 şərh   Çap et

Zəllə nədir?

 Zəllə sözü lüğətdə ayağı sürşmək, dolaşmaq; səhv etmək, yanılmaq mənalarına gəlir. Termin olaraq isə mükəlləfin bir qəsdi olmadan işlədiyi səhv mənasına işlədilir.[1]

Peyğəmbərlər əslində günah işləməzlər. Onlar “İsmət” sifətinə sahibdirlər. Ancaq, istəmədən bəzi qüsurlar işləmələri də mümkündür. Ancaq səhv işləyən peyğəmbər səhvində, xətasında davam etməz. (Qeyd: səhv günah deyildir, çünki günah bilərəkdən, qəsdən edilən xətalara deyilir. Səhvən görülən işlərdə qəsd yoxdur.) Allah onu dərhal xəbərdar edərək səhvini düzəldər və ondan onu uzaqlaşdırar

Zəllə, ən yaxşı, ən gözəl olan yerdə onu tərk edib, yaxşı, gözəl olanı işləməkdir. Peyğəmbərlərə yaraşan daim ən üstün olanı əldə etmək olduğu üçün, zəllə işləyən peyğəmbərə xəbərdarlıq edilər.Peyğəmbərlər iki şeydən birini seçmək məcburiyyətində qalanda “ən yaxşı” varkən “yaxşı” olanı tərcih edərlərsə, bu onlar üçün zəllə sayılır. Lakin bu yanılma və ya xəta bizim ölçülərimiz çərçivəsində bir yanılma və ya xəta deyil,çünki “yaxşı”nı seçmişlər. Peyğəmbər qulluqda mükəmməlliyi təmsil elədiyinə görə həmişə ən mükəmməli ortaya qoymalıdır. Buna görə də bizim üçün yaxşı sayılan şey peyğəmbərlər üçün xəta qəbul edilə bilər. Ancaq heç kim onları niyə ən yaxşı varkən yaxşını seçiblər deyə qınaya bilməz. Nəticədə onlar da bizim kimi bəşərdir.

Məsələni misalla daha da aydınlaşdıraq: fərz edək ki, bir adam Qurani-Kərimi xətm etmək istəyir. Ancaq Quranı neçə gündə xətm etməlidir? Qarşısına iki alternativ çıxır: birincisi, Quranı düşünə-düşünə, təfəkkür edə-edə on gündə oxumaq daha yaxşı olacaq, bu şəkildə mənaya diqqət yetirmək və Quranın dərinliklərinə enmək mümkündür. İkincisi, Quranı yeddi gündə xətm etməkdir, çünki belə etmək Allahın kəlamına qarşı daha istəkli olmağın ifadəsidir. Sonra da Quranı on gündə oxumağa qərar verir və başlayır…

Fərz edək ki, Allahın razılığı onun Quranı yeddi gündə oxumasında idi. Lakin bu insan öz ictihadıyla on gündə oxumağa qərar verdi. Allahın razılığı “ən yaxşı”dır. Bu adam isə heç olmasa, “yaxşı”nı edir. Beləliklə də, ortada günah yoxdur ki, ona “xəta etdin, günah işlədin” deyə bilək. Əlbəttə ki, insan həmişə mükəmməli əldə eləməyə  çalışmalıdır. Verilən misala nəzər saldıqda o şəxs “ən yaxşı” dura-dura “yaxşı” ilə məşğul olmuşdur.Onun günah işlədiyini iddia etmək qətiyyən doğru deyildir.

Dində Şari (Allah) tərəfindən hökmü bəyan edilməyən mövzularda ictihad edilir. Bizim kimi sıradan insanlar ictihad edərkən isabət edərsə iki, xəta edərsə bir savab qazanar. Peyğəmbərlər də haqqında hökm olmayan məsələlərdə ictihad edərlər. Peyğəmbərlərfətanət (buna peyğəmbər məntiqi də deyilir) sifətinə sahibdirlər. Onlar AllahTəalanın hökmünübildirmədiyi məsələlərdə – bu istər əhkama, istər onların şəxsi həyatına, istərsə ictimai həyata aid olsun – ictihad edər və çox vaxt düzgün qərar verərlər. Ancaq onların ictihadlarının bəzisi Allahın iradəsi ilə tam üst-üstə düşə bildiyi kimi, bəzisi də o səviyyədə olmaya bilər. Ancaq onların bütün ictihadları Allahın diləyi çərçivəsində cərəyan etməlidir. İndi əgər onların ictihadı Allahın diləyinə tam uyğun gəlməyibsə, bu, onlar üçün bir xəta sayılır. Buna səbəb onların bizim kimi bir bəşər olmaları yanında peyğəmbər olmaları, vəhy almalarıdır.Peyğəmbərlərin vəzifəsi ilahi muradla tam üst-üstə düşəni tapmaqdır. Lakin onların ictihadda yanılması əsla günah deyil, bu xəta onların ismətinə xələl gətirməz, bizim kimi insanlar tərəfindən də qınağa səbəb ola bilməz.

Zəllə heç vaxt gizli qalmaz. Zəllə olduğu açıqlanar. Açıqlama iki cür baş verir.

 Bu zəlləni işləyən peyğəmbər tərəfindən olur. Buna misal olaraq Hz. Musanın (ə.s) qibtini yumurqla vuraraq öldürməsini sonra da “Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!””[2] – deməsini göstərmək olar.

Bəzən zəllə Allah tərəfindən açıqlanır. Buna da misal olaraq Hz. Adəm (ə.s) haqqında “Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.”[3] ayəsində buyurulduğu kimi onun bu zəlləsi peyğəmbərlikdən əvvəl olmuşdur. Çünki Uca Allah “Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.”[4] − buyurmuşdur.[5]

 Zəlləyə misallar      

Qurani-Kərim bir yerdə Həzrət Adəmin (ə.) vəziyyətini belə təsvir edir:       Davamı səh. 2



Yazının davamı,


Bənzər məqalələr

Bəşəri münasəbətlərdə edilən xətalar

İslamı təbliğ etməyə çalışan bəzi müsəlmanlar bəzən ətrafındakılarla sərt rəftar edir, onların xətrinə dəyirlər. Bəşəri münasibətlərdə tarazlığı qorumaq üçün nə etmək lazımdır?

Böyük və kiçik günahlar

Günah sözü farsca kəlmədir və dini normaların pozulması, qəbahət sayılan iş (savabın əksi), cəzalanmalı hərəkət, təqsir, nöqsan, çatışmazlıq mənalarındadır. İlahi əmrləri şüurlu şəkildə inkar etmək və ya görməzlikdən gəlmək günah sayılır. Günah işləyən və ya günahı olan insana da günahkar deyilir. Quranda günah sözü daha çox “zənb, ism, fisq, isyan” kəlmələri ifadə edilmişdir.

Hz. Adəmin (ə.) xətasını necə anlamalıyıq?

İtaəti Həzrət Adəmdən (ə.) öyrənmək lazımdır. O, bir balaca büdrəyən kimi onu yıxılmaqdan qoruyan Rəbbinə üz tutub belə deyir: “(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz ikimiz də özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”


Şərh yaz