2. 486 dəfə oxunub ,   0 şərh   Çap et

Peyğəmbərlərə iman gətirmək imanın altı əsasından biridir. Peyğəmbərlərə iman etmək onların Allah tərəfindən seçilib göndərildiyinə və Allahdan aldıqları bütün bəyanların həqiqət olduğuna inanmaq deməkdir. Allah-Təala fərq qoymadan bütün peyğəmbərlərə inanmağı hər bir müsəlmana fərz buyurmuşdur. “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq[1] ayəsi bu həqiqəti ifadə edir.

Qurani-Kərimin bir başqa ayəsində isə açıq şəkildə bildirilir ki, peyğəmbərlərin bir qisminə inanıb, digərlərini qəbul etməmək küfr və inkardır: “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı tanıdığını iddia edib rəsullarını qəbul etməyənlər Allahla peyğəmbərləri bir-birindən ayırmaq istəyirlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, – deyirlər və bunun (iman ilə küfr) arasında bir yol tutmaq istəyirlər. Bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq![2]


[1] “Bəqərə” surəsi, 2/285.

[2] “Nisa” surəsi, 4/150-151.

 



Açar sözləri

iman nəbi peyğəmbər rəsul

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır

Həzrət Hafsa

Allah Rəsulu (s.a.s.) həzrət Hafsa ilə Uhud döyüşündən əvvəl hicrətin üçüncü ilinin şaban ayında (625-ci ilin yanvarı) ailə qurmuşdur. Bu vaxt Rəsulullahın 56 yaşı vardı.


Şərh yaz