عَنِ ابْنِ مَسْعُودٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَيْسَ الْمُؤْمِنُ بِالطَّعَّانِ وَلَا اللَّعَّانِ وَلَا الْفَاحِشِ وَلَا الْبَذِيءِ»
İbn Məsud (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu bəyan etmişdir:
“İnsanları tənə edib qınayan, dilindən lənət və bədduanı əskik etməyən, xalqa söz və əməllə əziyyət verib onlara söyüş söyən həyasız insan mömin ola bilməz”. [Tirmizi, Birr 48]
عَنْ أَنَسٍ قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: «مَا كَانَ الْفُحْشُ ف۪ي شَيْءٍ إِلَّا شَانَهُ وَمَا كَانَ الْحَيَاءُ ف۪ي شَيْءٍ إِلَّا زَانَهُ»
Hz. Ənəsin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Həyasızlıq, həddi aşma və yoldan azma nədə olsa, onu çirkinləşdirər. Bunun əksinə, utanma hissi olan həya isə nədə olsa, onu bəzəyib gözəlləşdirər”. [Tirmizi, Birr 47]